İDMAN
Azərbaycan paralimpiyaçıları “Rio-2016” Oyunlarına əlavə 3 lisenziya əldə edib
Bakı, 24 avqust, AZƏRTAC
Rusiya idmançılarının “Rio-2016” Paralimpiya Oyunlarından kənarlaşdırılması Azərbaycana əlavə lisenziyalar qazandırıb.
Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, daha 3 paralimpiyaçımız Braziliyaya yola düşəcək.
Belə ki, İdman Arbitraj Məhkəməsinin Rusiyanın əleyhinə çıxardığı qərardan sonra Beynəlxalq Paralimpiya Komitəsi onların 267 lisenziyasını digər ölkələr arasında bölüb.
Azərbaycan Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, “Rio-2016” üçün lisenziyalarımızın sayında dəyişiklik edilib və komandamızın heyətinə daxil olacaq təmsilçilərimizin adları açıqlanıb. Onun sözlərinə görə, “London-2012”nin qalibi Afaq Sultanova, həmçinin Ramin Əliyev (hər ikisi cüdo) və Hüseyn Hüseynov (atletika) artıq səfərə yollanacaq heyətə daxil ediliblər.
Bununla da, Paralimpiadada çıxış edəcək təmsilçilərimizin sayı 27-yə yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [16:01]
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
- 07.05.2024 [15:23]