RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AMERİKA YƏHUDİ KOMİTƏSİNİN İCRAÇI DİREKTORU DEYVİD HARRİS İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda onun üçün ayrılmış iqamətgahda “Turmotel Viktoriya” mehmanxanasında Amerika Yəhudi Komitəsinin icraçı direktoru Deyvid Harris ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. ABŞ-Azərbaycan əlaqələrinin daha da genişləndirilməsi və möhkəmləndirilməsində ABŞ-da yaşayan yəhudi icmasının önəmli rol oynadığı qeyd olundu.
Görüşdə həmçinin ölkəmizdə yaşayan yəhudi icmasının Azərbaycanda azad fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradıldığı xüsusi vurğulandı.