RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA İTTİFAQININ CƏNUBİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ PİTER SEMNEBİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Prezident sarayında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı səviyyəsinə və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.