Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BAKININ ƏZİZBƏYOV RAYONUNUN ZİRƏ VƏ BİNƏ QƏSƏBƏLƏRİNDƏ BİR SIRA OBYEKTLƏRİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 15-də Bakının Əzizbəyov rayonunun Zirə və Binə qəsəbələrində bir sira yeni obyektlərin açılışında iştirak etmişlər.

Zirəlilər dövlətimizin başçısını və xanımını qəsəbənin girəcəyində milli memarlıq üslubunda tikilmiş alaqapı önündə səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.

Qəsəbənin ağbirçək sakini, təqaüdçü müəllimə VƏSİLƏ ABBASOVA zirəlilər adından Azərbaycan Prezidentini və xanımını salamlayaraq dedi:

-Xoş gəlmisiniz. Milli qurtuluş günü - bu böyük bayram münasibətilə Sizi təbrik edir, xoş arzularımı bildirirəm. Bu bayramın nəticəsi olan bugünkü yaratdıqlarınız üçün Sizə minnətdarlığımı bildirirəm. Dövlətimizin başında həmişə Sizin kimi qədirbilən rəhbərin olmasını, xalq üçün görülən böyük işlərə hər zaman dayaq olmağınızı arzulayıram. Bu gün çox böyük işlər görürsünüz, nailiyyətlər qazanırsınız. Sizə bu yolda gələcəkdə də uğurlar diləyirəm. Bütün planlarınızın həyata keçəcəyinə ümid bəsləyir, inanırıq.

Mehriban xanım görüşlərin birində bizə söz vermişdi ki, bir neçə ildən sonra qəsəbəni tanınmaz vəziyyətdə, onun yaxşılığa doğru dəyişdiyini görəcəksiniz. İndi artıq bu, bizim üçün reallıqdır və onu gözümüzlə görürük. Buna görə bütün qəsəbə sakinləri və məktəbimizin müəllim kollektivi adından dərin minnətdarlığımızı bildirirəm.

Qəsəbə sakini Nazim Məmmədov rayonda son vaxtlar geniş vüsət alan quruculuq-abadlıq işlərinin sakinlərdə yüksək əhval-ruhiyyə doğurduğunu bildirdi, deputat kimi Mehriban xanımın bu sahədə şəxsi təşəbbüskarlığını xüsusi vurğuladı.

İLHAM ƏLİYEV: Mən də sizin hamınızı bayram münasibətilə ürəkdən təbrik edirəm. Bu bayram günündə birlikdə olmağımız da çox boyük rəmzi xarakter daşıyır. Çünki Azərbaycanın hər bir yeri, hər bir qəsəbəsi gərək inkişaf etsin.

Bilirsiniz ki, Prezident kimi mən mütəmadi qaydada bölgələrə gedir, vəziyyətlə tanış oluram. Regionların inkişaf proqramı icra edilir. Bu yaxınlarda Bakıətrafı qəsəbələrin də inkişafına dair proqram qəbul olunub və artıq icrasına başlanmışdır. Çünki uzun illər ərzində Bakının xüsusilə uzaqda yerləşən qəsəbələrində o qədər də böyük inkişaf getmirdi. Sosial problemlər, insanların məişət problemləri, təhsil və səhiyyə ilə bağlı problemlər öz həllini gözləyir.

Bu gün artıq bütün Bakıətrafı qəsəbələrin yeni inkişaf dövrü başlayır. Yolların, elektrik xətlərinin çəkilməsi, məktəblər, xəstəxanalar, poliklinikalar, idman kompleksləri tikilməsi, parklar salınması - bütün bunlar bizim planlarımızda var. Əsas odur ki, indi yerlərdə olan insanlar da gərək bütün bu işlərə ürəklə qoşulsunlar.

Prezident kimi mən lazım olan bütün qərarları verdim və tədbirləri də görürəm. Millət vəkilləri də bu işlərə qoşulublar. Əzizbəyov rayonunda artıq böyük işlər görülübdür. Ancaq bu, işlərin hələ əvvəlidir. Biz bütün sahələrdə bu işlərin elə bil ki, təməlini qoyuruq. Əminəm ki, bir, iki, üç il ərzində bütün qəsəbələrin görkəmi tamamilə dəyişəcək, insanların həyat səviyyəsi yaxşılaşacaq, qaz, elektrik enerjisi təchizatı ilə bağlı problemlər tamamilə aradan qaldırılacaqdır. Uşaqlar yaxşı məktəblərdə oxumalıdır, əgər insanların müalicəyə ehtiyacı varsa, yüksək tibbi xidmət göstərilməlidir. İnsanın gündəlik həyatda təmasda olduğu bütün məsələlər ən yüksək səviyyədə həll edilməlidir. Bunu etmək üçün, əlbəttə, çox güclü iqtisadi potensial lazımdır. Bu da Azərbaycanda indi yaranır. Azərbaycan indi ən dinamik inkişaf edən ölkədir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikintisinə başlanmış və bu gün artıq reallığa çevrilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşübdür. Bu, bizim üçün həyati əhəmiyyət kəsb edir, yəni tarixi bir hadisədir.

Maaşlar, pensiyalar artırılacaq, bütün başqa sosial bölmələrə daha çox vəsait ayrılacaqdır. Beləliklə, insanlar daha da yaxşı yaşayacaqlar.

Din xadimi axund hacı ƏJDƏR müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin ruhuna dua oxudu, bu böyük insanın xatirəsini dindarların həmişə hörmətlə yad etdiyini söylədi. Bu əziz bayram günü Zirəyə gələn Azərbaycan Prezidentinin qəsəbənin tarixində buraya təşrif gətirən ilk dövlət rəhbəri olduğunu vurğuladı, ölkə başçısına, ailəsinə Allah-taaladan cansağlığı arzuladı. O dedi ki, Mehriban xanım bu qəsəbədə gördüyü işlərə görə artıq hər bir ailənin sevimlisinə çevrilmişdir.

İLHAM ƏLİYEV: Azərbaycanın, Bakının hər bir yeri mənim üçün əzizdir, doğmadır. Mən birinci dəfədir ki, Zirəyə gəlmişəm. Eyni zamanda, birinci dəfədir ki, Prezident buraya gəlir gəlir. Bu, əlamətdar hadisədir. Bundan sonra daha da tez-tez gələcəyəm.

Əlbəttə, bu bölgənin deputatı kimi Mehriban burada tez-tez olur. Deputat seçilən gündən çox fəal işə başlayıbdır.

X X X

Sonra Prezident İlham Əliyev və Mehriban xanım qəsəbənin mərkəzinə gəldilər. Burada onları gül-çiçək dəstələri ilə səmimiyyətlə qarşıladılar.

Qəsəbə sakini Sabir Əliyev Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işə düşməsi münasibətilə dövlət başçımızı və xalqımızı səmimi qəlbdən təbrik etdi. Dedi ki, bədxahlarımız bu işə çox şübhə ilə yanaşırdılar. Ancaq ulu öndərin uzaqgörənliyi, zəkası, iradəsi sayəsində bu məsələ öz həllini tapdı və xalqımıza firavanlıq gətirəcəkdir. Heydər Əliyev həmişə bizim fəxrimiz olub, Allah onun ruhunu şad etsin.

Prezident İlham Əliyev vurğuladı ki, kəmərin istifadəyə verilməsi Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən ən böyük hadisədir. Azərbaycan xalqı bundan sonra uzun illər, onilliklər ərzində firavan yaşayacaqdır.

Müəllimə GÜLZAR QOCAYEVA sakinlər adından müraciət edərək dedi: Hörmətli Prezident və nəinki Azərbaycan xalqı, bütün Zirə camaatı tərəfindən çox sevilən, bu rayonun hər bir qəsəbəsində həmişə səbirsizliklə gözlənilən, bəlkə də, dünya azərbaycanlı qadınlarının lideri olan Mehriban xanım, mən sizi yaşı min illəri ötən qədim Zirənin bütün sakinləri adından səmimi salamlayıram. Bu gün hər yerdə sizi sevirlər, hər yerdə səmimiyyətlə gözləyirlər. Qəsəbəmizə xüsusi diqqət və qayğınız göz qabağındadır. Bu gün elə burada olmağınız bizim hədsiz sevincimizə səbəb olur. Doğrudan da, hamımızın qəlbi böyük iftixar hissi ilə döyünür. Milli qurtuluş günü münasibətilə sizi səmimi qəlbdən təbrik edirik, sizə uzun ömür, cansağlığı arzulayırıq.

Zirəlilər camaatın yekdil arzusu ilə Mehriban xanımı qəsəbənin fəxri sakini seçdiklərini bildirdilər.

Azərbaycan Prezidenti və xanımı Zirədə doğulub boya-başa çatmış xalq rəssamı, onlarca gəncə rəssamlığın sirlərini öyrətmiş istedadlı pedaqoq Baba Əliyevin qəsəbədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qoyulmuş xatirə lövhəsinə baxdılar. Rəssamın ailə üzvləri dövlətimizin başçısına və xanımına minnətdarlıqlarını bildirdilər və Baba Əliyevin çəkdiyi avtoportreti xatirə olaraq Heydər Əliyev Fonduna bağışladılar.

Dövlətimizin başçısı və xanımı qəsəbə sakinləri ilə xatirə şəkli çəkdirdilər.

Mehriban Əliyeva Azərbaycan Prezidentinə məlumat verərək dedi ki, son dəfə mən sakinlərlə görüşəndə bildirmişdilər ki, Zirədə xəstəxana yoxdur. İndi bu, dövlət proqramına salınıbdır. Qarşısında dayandığımız bu böyük, tikintisi yarımçıq binanın bir hissəsində uşaq bağçası olacaq, digər hissəsində isə poliklinika, xəstəxana və doğum evi yerləşəcəkdir. Yəqin ki, tikinti işləri çox qısa zamanda başa çatacaqdır.

Mehriban xanım Fond tərəfindən bu ərazidə həm də parkın, istirahət guşəsinin salınacağını, ulu öndər Heydər Əliyevin büstünün ucaldılacağını, digər sosial və idman obyektlərinin inşa olunacağını da bildirdi.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan Prezidentinə tikililərin layihəsi ilə bağlı ətraflı məlumat verdi.

Dövlətimizin başçısı tikinti-abadlıq işlərinin vaxtında başa çatdırılıması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Sakinlərin güzəranı, əsas məşğuliyyəti ilə bağlı məsələlərlə maraqlanan Prezidentə məlumat verildi ki, işləyən əhalinin 80 faizi Dövlət Neft Şirkətinin müəssisələrində çalışır. Son zamanlar bu strukturda əməkhaqqı bir neçə dəfə qaldırılmışdır. Hər ailənin torpaq sahəsi var, fərdi təsərrüfatla da məşğul olurlar.

X X X

Sonra Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Binə qəsəbəsinə gəldilər.

Ölkəmizin başçısı və xanımı qəsəbənin girəcəyində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş alaqapıya baxdılar. Burada istirahət guşəsi yaradılmış, oturacaqlar qoyulmuş, su xətti çəkilmişdir.

Dövlətimizin başçısı Əzizbəyov rayonunun elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədi ilə inşa edilmiş yeni yardımçı stansiyada gedən son tamamlama işləri ilə də tanış oldu. Məlumat verildi ki, yaxın beş-altı günə stansiya işə düşəcək və bundən sonra ətraf qəsəbələrin elektrik enerjisinə olan tələbatı da tam ödəniləcək, digər yardımçı stansiyalarda əlavə yüklənmə olmayacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev Binə qəsəbəsində elektrik enerjisi çatışmazlığının aradan qaldırılması üçün görülən işləri müsbət dəyərləndirdi, ümumiyyətlə Bakıətrafı qəsəbələrin elektrik enerjisi ilə etibarlı, fasiləsiz təminatı üçün bir sıra sənədlər imzaladığını, bu məsələnin tam həllini tapması üçün “Azərenerji”nin qarşısında ciddi vəzifələr qoyulduğunu, respublika hökumətinin də bu işlərə yardımçı olacağını bildirdi.

Əsaslı təmir olunmuş Şəhid Ərəstun Bəylərovun adını daşıyan 70 nömrəli uşaq bağçası-körpələr evinin kollektivi dövlətimizin başçısını və xanımını gül-çiçəklə qarşıladı.

Uşaq bağçası ilə tanışlıq zamanı Prezidentə məlumat verildi ki, qəza vəziyyətində olan bu təlim-tərbiyə ocağı deputat Mehriban Əliyevaya müraciətdən sonra yenidən quruldu, musiqi salonu tikildi, müasir avadanlıq alındı. İndi əlavə qruplar da açılacaqdır, uşaqların sayı 100-dən çox olacaqdır. Bunun üçün artıq hər cür şərait vardır.

Buraya toplaşan valideynlər, tərbiyəçilər uşaqlara göstərilən diqqət və qayğıya görə kollektiv adından Prezidentə və xanımına minnətdarlıq etdilər, onlara nəvə görməyə arzuladılar.

Sonra Prezident İlham Əliyev və Mehriban xanım Binə qəsəbəsində 1176 şagird yerlik orta məktəb binasının təməlqoyma mərasimində iştirak etdilər.

Təhsil naziri Misir Mərdanov məlumat verdi ki, əvvəllər dərslər bir-birindən uzaqda yerləşən iki binada keçirilirdi, bu da tədrisin səviyyəsinə mənfi təsir göstərir, obyektiv çətinliklər yaradırdı. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin ikinci mərhələsi çərçivəsində tikiləcək bu bina 2 mərtəbədən ibarət olacaqdır. Yeni məktəbdə sinif, kompyuter otaqları ilə yanaşı, Heydər Əliyev muzeyi, kitabxana, ingilis dili kabineti, idman salonu, istilik sistemi, yeməkxana da olacaq, yaxınlıqda futbol meydançası tikiləcək, istirahət guşələri yaradılacaq, bura abad şəhərciyə çevriləcəkdir.

Yeni dərs ilinədək Əzizbəyov rayonunda 5 yeni məktəb binası tikiləcək, bununla da rayonda bu sahədə mövcud problemlər həll olunacaqdır. Mayın 9-da təməli qoyulan Türkan məktəbinin tikintisi də sürətlə davam edir. Sentyabrın 15-də paytaxtda yeni avadanlıqla təmin edilmiş 35 yeni məktəbin açılışı olacaqdır.

Tikinti işlərini aparan “Rabitə-inşaat” ASC-nin nümayəndələri bildirdilər ki, təhsil ocağı yeni dərs ilinə kimi istifadəyə veriləcəkdir. Bunun üçün təcrübəli işçi qüvvəsi, müasir texnika, tikinti materialları vardır, avadanlığın da əsas hissəsi sifariş edilmişdir. Tikintiyə yerli sakinlər də cəlb olunacaqdır.

Mərasimə toplaşan qəsəbə sakinləri bu günü çoxdan həsrətlə gözlədiklərini bildirərək, Prezident İlham Əliyevə və xanımına təşəkkür etdilər, onlara ən xoş arzularını çatdırdılar. Onlar Mehriban xanımın Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək qiymətləndirdilər, seçkiqabağı vədlərinin əksəriyyətini qısa müddətdə yerinə yetirmiş deputatın təcrübəsinin, seçicilərlə ünsiyyət mədəniyyətinin, sadəlik və səmimiyyətinin əsil örnək olduğunu vurğuladılar. 15 iyun Milli qurtuluş gününün müasir tariximizdəki rolu vurğulanaraq bildirildi ki, Azərbaycanın inkişaf yoluna çıxması, siyasi sabitliyi, iqtisadi tərəqqisi məhz 1993-cü ilin bu günündən - ulu öndər Heydər Əliyevin xalqın təkidli çağırışları ilə ikinci dəfə respublikamızda siyasi rəhbərliyə qayıdışından başlanır.

İLHAM ƏLİYEV: Doğrudan da bu gün çox tarixi bir gündür. Azərbaycanın yeni inkişaf dövrü məhz iyunun 15-dən sonra başlanmışdır. Əgər keçmişə nəzər salsaq görərik ki, o vaxt Azərbaycan hansı vəziyyətdə idi, hansı proseslər gedirdi. İndi Azərbaycan dünyanın ən sürətli inkişaf edən ölkəsidir. Təkcə iqtisadi cəhətdən yox, eyni zamanda, sosial məsələlərin həllində də böyük nailiyyətlərimiz var. Bu məktəbin təməlinin qoyulması özlüyündə bunun əyani sübutudur. Bu gün yeni yardımçı stansiyanın açılışı oldu və bir həftədən sonra işə salınacaqdır. Qəsəbədə işıq problemi olmamalıdır. Fondun xətti ilə əsaslı təmir edilmiş uşaq bağçasının açılışı oldu. Mən baxdım, orada uşaqlar üçün çox gözəl şərait var. Bilirsiniz ki, indi Azərbaycanda məktəb tikintisi çox geniş vüsət alıbdır. Keçən il 300-dən çox məktəb tikilibdir. Bu il artıq Bakıətrafı qəsəbələrdə də məktəblərin tikintisi başlayır. Xüsusi proqram var və hər bir qəsəbədə məktəb, uşaq bağçası tikiləcək, bütün başqa məsələlər də öz həllini tapacaqdır. Fondun xətti ilə keçən il 132 məktəb tikilib, bu il isə 100 məktəb tikiləcəkdir. Bu iş əvvəlcə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanmışdı. Sonra biz də bu təşəbbüsə qoşulduq. Gərək Azərbaycanın bütün məktəblərini yüksək dərəcədə şəraitlə təmin edək. Azərbaycanda 4500 məktəb var. Mən təhsil nazirinin qarşısında vəzifə qoymuşam ki, onların hamısı üçün gərək ya yeni binalar tikilsin, yaxud da binalar əsaslı təmir olunsun. Uşaqlar gərək yaxşı şəraitdə oxusunlar, müəllimlər də gərək yaxşı şəraitdə işləsinlər. Bu, çox lazımdır.

X X X

Sakinlərlə səmimi söhbətdən sonra Prezident İlham Əliyev və millət vəkili Mehriban Əliyeva məktəbin layihəsi ilə tanış oldular.

Prezident və xanımı “Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinə əsasən tikilir, 15 iyun, 2006-cı il” sözləri yazılmış kağızı gilizə qoyaraq özülə atdılar, buraya toplaşanların alqışları altında bünövrəyə ilk beton qarışığını tökdülər.

Azərbaycan Prezidenti əsrin əvvəllərində inşa edilmiş və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bərpa işləri artıq başa çatdırılmış Binə məscidi ilə də tanış oldu.

Məscidin axundu Prezident İlham Əliyevə müqəddəs Qurani-Kərim təqdim etdi.

Dövlətimizin başçısı burada görülmüş işləri yüksək qiymətləndirərək dedi ki, məscidin memarlığı da çox gözəldir. Vaxtilə də gözəl tikilibdir. Həm işıqlıdır, həm də gözəl arxitekturası var, hündürdür. Bütün parametrlər dəqiqdir. Çox ağılla tikilib. İndi biz buna yeni həyat veririk. Bizdən sonrakılar da bunu yenidən təmir edəcəklər.

Mehriban Əliyeva Prezidentə müraciətlə dedi ki, məscid Azərbaycann tarixi abidələri siyahısına salınıbdır. Ona görə də, Sizin icazənizlə, bu barədə sənədi məscidin axunduna təqdim etmək istəyirəm. Səlim Müslüm məscidi artıq tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Dövlətimizin başçısı vurğuladı ki, indi məscid artıq qanuni şəkildə tarixi abidədir.

Din xadimləri dinimizə, müqəddəs ibadətgahlarımıza göstərilən diqqət və qayğıya görə dövlət başçısına və xanımına razılıqlarını bildirdilər, onlara xalqımızın firavanlığı, vətənimizin çiçəklənməsi, tərəqqisi naminə ən xoş arzularını yetirdilər, ulu öndər Heydər Əliyevin ruhuna dua etdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiyada 18 nəfəri ildırım vurub

Salyanda fiziki məhdudiyyətli uşaqların əl işlərindən ibarət sərgi açılıb

Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisi 1/4 finala yüksəlib

"Qarabağ"ın futbolçusu: Əziyyətimizin bəhrəsini mövsümün sonunda gördük

Azərbaycan millisinin basketbolçusu: Qarşıdakı oyunlar daha çətin olacaq

Tahir Gözəl: Futbolçularımla qürur duyuram

Baş məşqçi: İnanıram ki, basketbolçularımız Paris Olimpiadasında daha fərqli oynayacaqlar

İtaliyada daşqın nəticəsində itkin düşənlərin ikisinin cəsədi tapılıb

ELSA Azərbaycan tərəfindən Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən məhkəmə müsabiqəsinin qalibi məlum olub

“ECOVELOFEST”də Şirvan-Salyan Regional Təhsil İdarəsini 11 müəllim təmsil edib

Qurban Qurbanov: "Zirə" büdcəsi ilə bizə qalib gəldi

"Fənərbağça" Joze Mourinyo ilə rəsmi müqavilə imzalayıb

Bakıda keçirilən gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turniri başa çatıb

Rəşad Sadıqov: Əzmkarlığa görə futbolçularıma təşəkkür edirəm

Azərbaycan basketbol millisi Qəbələdəki turnirdə ikinci oyununu keçirib

“Qarabağ” Azərbaycan Kubokunun qalibi olub - YENİLƏNİB

“Circus Sea Breeze” Xəzərin sahilində yay mövsümünü açıq elan edib

Azərbaycan Kubokunun finalı: “Qarabağ” hesabı açıb

Bu gün Maksim Medvedev karyerasını bitirəcək

Babək rayonunun 3 yaşayış məntəqəsində yanğın olub VİDEO

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

“ETS2” direktivi İsveçdə yanacaq qiymətlərinin artmasına səbəb olacaq

Azərbaycanın İrlandiyaya yeni təyin olunmuş ilk fəxri konsulu ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

Azərbaycan basketbol millisi beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan Kubokunun finalı: “Qarabağ” – “Zirə” oyunu üçün heyətlər açıqlanıb

Azərbaycan Premyer Liqasına yüksələn klub baş məşqçi ilə yollarını ayırıb

Qəbələdə beynəlxalq basketbol turniri Azərbaycan komandalarının oyunu ilə start götürüb

“Azərbaycan Ticarət Evi” Doha şəhərində ərzaq və kənd təsərrüfatı məhsullarının sərgisini təşkil edib

Astarada yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycanın Mərakeşdəki səfirliyi xeyriyyə tədbiri keçirib

Kiyevin vizit kartına çevrilən adası - AZƏRTAC-ın FOTOREPORTAJI

Türkiyə Azərbaycanın mehmanxana biznesi üçün mütəxəssislər hazırlaya bilər

“The Peninsula” qəzeti Qətər-Azərbaycan əlaqələrindən yazıb

İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib

Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub

Məhəmməd Şərif: A-Hub Akselerasiya Proqramı gənclərə öz ideyalarını biznesə çevirməyə kömək edir

Mustafa Abitoğlu: “Üzgüçülük hamı üçün” layihəsində yeni bir tarix yazmaq üçün gəlmişik

Türkiyənin bəzi bölgələrində yerli özünüidarə orqanlarına təkrar seçkilər keçirilir

Metronun “28 May” stansiyasında ölüm faktı ilə bağlı araşdırma aparılır

Fərid Qayıbov: Sevindirici haldır ki, üzgüçülük yarışında müxtəlif yaşda olan insanlara rast gəlinir

Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Türkiyəli pilotlar Şamaxıda hava şarları festivalında iştirak etməyə hazırlaşırlar

Şahbuz rayonunda 82 millimetrlik minaatan mərmisi aşkar olunub

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var VİDEO

Azərbaycanda ilk dəfə olaraq Təlimçilər Çempionatı keçirilib

Dağ Yəhudilərinin İrsi Mərkəzində Qurtuluş və Nicat Gününə həsr edilən sərgi açılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin qalibi olub

Rəşad Əzizov: İslam dünyası ölkələrinin böyük startaplar üçün bazara çevrilməsi olduqca vacibdir

Ankarada Azərbaycan milli rəqsləri təqdim edilib

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb

Şəkidə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı 10 mərkəzdə aparılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirilib

A-Hub Akselerasiya Proqramının dünya finalı keçirilib

Azərbaycanın minifutbol millisi Avropa çempionatına darmadağınla başlayıb

İtaliyada Respublika Günü qeyd olunur

Sərnişin metroda stansiya yoluna düşüb

Metyu Brayza: Azərbaycanın COP29-a möhtəşəm ev sahibliyi edəcəyi indidən məlumdur

İstanbulda çökən binada axtarış-xilasetmə işləri başa çatdırılıb - YENİLƏNİB 3 VİDEO

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Sabah bəzi bölgələrdə 35 dərəcə isti olacaq

Azərbaycanın daha bir boksçusu Olimpiadaya vəsiqə qazanıb

Kürdəmirdə yol qəzasında sürücü ölüb VİDEO

“Zəfərlə taclandırılmış Müstəqillik!” adlı maarifləndirici tədbir keçirilib

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Binəqədi rayonunda sursat aşkarlanıb VİDEO

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, dolu düşüb, şimşək çaxıb – FAKTİKİ HAVA

Azərbaycanın səhiyyə naziri ilə ÜST-nin Baş direktoru arasında görüş keçirilib

“Azərbaycan Hava Yolları” QSC-nin kollektivi Fəxri xiyabanı ziyarət ediblər

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Bu gün qəbul imtahanında iştirak edən ən yaşlı abituriyentin yaşı 58, ən gəncinin isə 16-dır

“Qarabağ” Çempionlar Liqasında yarışa II təsnifat mərhələsindən başlayacaq

Zelenski ABŞ müdafiə naziri ilə görüşüb

İstanbul sahillərində qayıq estakada ilə toqquşaraq batıb, 10 nəfər xilas edilib

Bu gün Qəbələdə beynəlxalq basketbol turnirinə start veriləcək

Heydər Əliyev Beynəlxalq Aeroportu: Regional hava limanlarından yeni reyslərin açılması gözlənilir

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır

Dünya hava məkanında mühüm yerə malik olan 86 illik mülki aviasiyamız

Rostov vilayətində meşə yanğınının sahəsi 117 hektara çatıb

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür

Leyla Bəşirova: Akrobatikada ən vacib məsələ bir-birini hiss etməkdir

Antalyada Roma dövrünə aid heykəllər tapılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul imtahanı keçirilir

Bu gün 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verir

IV Məktəblərarası Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakıdakı Rus evində gənc rəssamların əsərlərdən ibarət sərgi açılıb

İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib

Yod çatışmazlığı əqli geriliyə səbəb ola bilər

Türkiyənin xarici işlər naziri Çinə rəsmi səfər edəcək

"Fənərbağça"nın anlaşdığı Joze Mourinyo sabah İstanbula gəlir

Bakıda görkəmli türkmən mütəfəkkiri və şairi Dövlətməhəmməd Azadi haqqında kitabın təqdimatı olub

Azərbaycan alimi Almaz Ülvinin “Xarəzm heyrəti” kitabı çap olunub

"Real Madrid" Çempionlar Liqasının qalibi olub YENİLƏNİB

Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur

Qazaxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil edilib

Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb

Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb