RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BEYLƏQANA GƏLMİŞDİR
ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Füzuli rayonuna səfərini başa çatdırdıqdan sonra Beyləqan rayonuna gəlmişdir.
Beyləqan şəhərinin mərkəzindəki Heydər Əliyev adına parkda rayon sakinləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Beş hektara yaxın sahəsi olan parkda müxtəlif növ dekorativ bitkilər, çoxlu gül kolları əkilmiş, fəvvarə, uşaq karuselləri, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Burada sakinlərin istirahəti üçün hər cür şərait, o cümlədən əyləncə mərkəzi yaradılmışdır.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
######