RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV bp ŞİRKƏTİNİN İCRAÇI VİTSE-PREZİDENTİ ENDRYU İNQLİSİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Prezident sarayında bp şirkətinin icraçı vitse-prezidenti Endryu İnqlisi qəbul etmişdir.
Endryu İnqlis Azərbaycanda əməliyyat işlərinin uğurla həyata keçirildiyini, xüsusilə də ötən qışın sərt keçməsinə baxmayaraq, “Şahdəniz” yatağında hasilatın fasiləsiz davam etdirildiyini və bununla da Azərbaycan əhalisinin qaza olan tələbatının tam şəkildə ödənildiyini məmnunluqla qeyd etdi.
Prezident İlham Əliyev qışda Azərbaycanda qeyri-adi hava şəraiti olmasına baxmayaraq, “Şahdəniz” yatağında heç bir problemin yaranmadığını, əksinə, işin öhdəsindən uğurla gəlindiyini və əhalinin mavi yanacaqla təmin edildiyini vurğuladı.
Görüşdə bp ilə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, görülən və perspektivdə nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsi aparıldı, işbirliyinin bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcəyinə əminlik ifadə olundu.
######