RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FƏLƏSTİN AZADLIQ TƏŞKİLATI İCRAİYYƏ KOMİTƏSİNİN ÜZVÜ MÜHƏMMƏD SƏƏD AUDİYANI QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da, onun üçün ayrılmış iqamətgahda - “Regent Ankara” mehmanxanasında Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin üzvü Mühəmməd Səəd Audiyanı qəbul etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi oldu.