RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÖRKƏMLİ ALİM, AKADEMİK ROALD SAQDEYEVİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Prezident sarayında görkəmli alim, akademik Roald Saqdeyevi qəbul etmişdir.
Bir il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayan Roald Saqdeyev ötən dövr ərzində ölkəmizdə baş verən çox böyük inkişafın şahidi olduğunu bildirdi. Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşündən məmnunluq hissi keçirdiyini deyən qonaq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Aviasiya Akademiyasında və eləcə də Kibernetika İnstitutunda keçirdiyi görüşlər barədə məlumat verdi.
Dövlətimizin başçısı bildirdi ki, bu səfər qonağa Azərbaycanda elmin inkişafı və yeni texnologiyanın tətbiqi ilə yaxından tanış olmaq imkanı yaradacaqdır. Prezident İlham Əliyev görkəmli alimin Azərbaycana səfərinin alimlər arasında təcrübə mübadiləsinin aparılması işinə də töhfə verəcəyinə əminliyini söylədi.
######