RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRANIN XARİCİ İŞLƏR NAZİRİ MƏNUÇEHR MOTTƏKİNİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda, onun üçün ayrılmış iqamətgahda İran İslam Respublikasının xarici işlər naziri Mənuçehr Mottəkini qəbul etmişdir.
Mənuçehr Mottəki öz ölkəsinin Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev İran Prezidentinin salamına görə təşəkkür etdi və özünün də salamlarını ona çatdırmağı nazirdən xahiş etdi.