RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSRAİLİN XARİCİ İŞLƏR NAZİRİ SİPİ LİVNİNİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda onun üçün ayrılmış iqamətgahda, “Turmotel Viktoriya” mehmanxanasında İsrailin xarici işlər naziri xanım Sipi Livnini qəbul etmişdir.
Görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin inkişafı və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.