Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV OMBUDSMANLARIN VI BAKI BEYNƏLXALQ KONFRANSININ İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV OMBUDSMANLARIN VI BAKI BEYNƏLXALQ KONFRANSININ İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ombudsmanların VI Bakı Beynəlxalq konfransının iştirakçılarını qəbul etmişdir.

Dövlətimizin başçısı İLHAM ƏLİYEV qonaqlara müraciətlə dedi:

-Hörmətli qonaqlar, mən sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.

Bildiyiniz kimi, bu gün Azərbaycanda insan hüquqları günü qeyd edilir. Mən bir il bundan əvvəl insan hüquqları gününün təsis edilməsi haqqında müvafiq Sərəncam imzalamışam. Çox şadam ki, bu gündə Bakıda ombudsmanların, insan hüquqları üzrə müvəkkillərin iştirakı ilə çox vacib beynəlxalq konfrans keçirilir. Mən əminəm ki, müzakirələr çox maraqlı keçir və qəbul edilmiş qərarlar sizin aranızda əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcəkdir. Konfransda iştirak edən nümayəndələr bu sahədə böyük təcrübəyə malik olan ölkələri təmsil edirlər. Eyni zamanda o qədər də böyük ənənələrə malik olmayan ölkələr də bu konfransda iştirak edirlər.

Azərbaycanda ombudsman təsisatı altı il bundan əvvəl yaradılmışdır. Biz bu baxımdan inkişafın hələ ki ilkin mərhələsindəyik. Amma deyə bilərəm ki, bu qısa müddət ərzində Azərbaycanda bu sahədə çox böyük işlər görülübdür. Azərbaycan insan hüquqlarını təmin edən müxtəlif beynəlxalq sazişlərə, konvensiyalara qoşulmuşdur. Biz beynəlxalq təşkilatlarla bu sahədə çox uğurlu əməkdaşlıq edirik. Ancaq eyni zamanda, ombudsman təsisatının yaradılması və insanların bu quruma inamının artması, əlbəttə, Azərbaycanda insan hüquqlarının müdafiə olunmasında çox mühüm rol oynayır. Mən hesab edirəm ki, konfransda səslənən fikirlər və bütövlükdə gedən təcrübə mübadiləsi hər bir iştirakçı üçün çox faydalı olacaqdır.

Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk. Azərbaycan gənc, müstəqil dövlət kimi son 17 il ərzində bu sahədə çox böyük işlər görübdür və gələcəkdə də hələ çox işlər görülməlidir. Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olunsun.

Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik. Amma onu da qeyd etmək istəyirəm ki, Azərbaycan əhalisinin kifayət qədər böyük hissəsi bütün insan hüquqlarından məhrum edilibdir. Onların insan hüquqları kobudcasına tapdalanıbdır. Mən Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində öz doğma yerlərindən didərgin düşmüş bizim soydaşlarımız haqqında söhbət açıram.

Bildiyiniz kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, eyni zamanda, etnik təmizləmə siyasəti ilə tamamlanmışdır və bir milyon soydaşımız qaçqın-köçkün vəziyyətində yaşayır. Onların əsas və elementar insan hüquqları pozulubdur. Onların yaşadıqları bölgələrdə hər şey dağıdılıb və bütün infrastruktur, binalar yerlə-yeksan edilibdir. İşğal olunmuş ərazilərdə bizim bütün tarixi abidələrimiz dağıdılmışdır. Əfsuslar olsun, baxmayaraq ki, uzun illər danışıqlar gedir, amma heç bir nəticə yoxdur. Biz məsələnin ədalətli şəkildə və beynəlxalq hüquq normaları əsasında həll olunmasının tərəfdarıyıq, bunu tələb edirik. Ümid edirik ki, beynəlxalq ictimaiyyət bu məsələyə daha da diqqətlə yanaşacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və etnik təmizləmə siyasətindən əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar. Əminəm ki, biz buna nail olsaq, bu bölgədə sülh, əmin-amanlıq tam şəkildə bərqərar olunacaqdır.

Əziz qonaqlar, mən sizi bir daha salamlayıram. Mən əminəm ki, konfrans və onun nəticələri çox müsbət və uğurlu olacaqdır. Sizin aranızdakı münasibətlər daha da güclənəcək və əməkdaşlıq daha da inkişaf edəcəkdir.

YUNESKO-nun İnsan hüquqları və ayrı-seçkiliyə qarşı mübarizə şöbəsinin rəhbəri Sergey Lazarev Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması sahəsində görülən işləri yüksək qiymətləndirərək dedi:

-İş gününüzün gərgin cədvəlinə baxmayaraq, bizimlə görüşməyə vaxt tapdığınıza və həyata keçirəcəyiniz planlar barədə söhbət etdiyinizə görə sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Mən belə hesab edirəm ki, indi iqtidarın hüquq müdafiəçilərini qəbul etməsi faktı çox müsbət haldır. Mən burada YUNESKO-nu təmsil edirəm və bu sahədə bizim də iş təcrübəmiz var. Adətən, iqtidar hüquq müdafiəçilərindən uzaq olmağa çalışır, çünki onlar iqtidarı bezdirir, ona mane olur, onu narahat edirlər. Eyni zamanda, onlarsız da ötüşmək mümkün deyil, çünki insanları daha xoşbəxt, daha səmimi edən, hər kəsin inkişaf etməsinə imkan verən vətəndaş cəmiyyətinin yaradılmasına yalnız hüquq müdafiəçiləri kömək edə bilər. Mənə belə gəlir ki, bu baxımdan Azərbaycan fərqli bir ölkədir.

Mənim fikrimcə, burada çox əlverişli şərait yaradılmışdır. Bilirsinizmi nə üçün? Mən bunu izah edərəm. Əgər Prezident hüquq müdafiəçilərini qəbul edirsə, ombudsman Elmira xanımdırsa, məncə, bu faktlar cəmiyyətin həqiqətən inkişaf etməsi, vətəndaşların daha xoşbəxt olması üçün əsasdır.

Bir daha çox sağ olun. Zənnimcə, əgər biz insan hüquqlarının müdafiəsi üzrə ofis, YUNESKO və Azərbaycan arasında mövcud əməkdaşlığı qoruyub saxlasaq, bu, həmin istiqamətdə işin uğur qazanmasının rəhni olacaq.

İLHAM ƏLİYEV: Sağ olun. Mən qeyd etmək istərdim ki, siz - hüquq müdafiəçiləri çox nəcib bir missiyanı yerinə yetirirsiniz. Siz insanların hüquqlarını müdafiə edirsiniz. Bu, müdafiə edilməli olan ən vacib dəyərdir. Dünyada, dünyanın müxtəlif yerlərində, demək olar ki, hər bir ölkədə insan hüquqları pozulur, sadəcə olaraq, bu, müxtəlif formalarda baş verir. Bəzi yerlərdə bu pozuntular insanların sıxışdırılmasına aiddir, bəzi yerlərdə separatizm siyasətinə əsaslanır, haradasa qan axıdılması, müharibələr, işğal ilə başa çatır, haradasa daha yüngül formada baş verir. Amma hər halda bu, bizim hamımız üçün ümumi problemdir.

Təbii ki, hər bir ölkədə bu problem diqqət mərkəzində olmalıdır. Əvvəllər bizdə, ümumiyyətlə, siyasi sistem olmadığı kimi, bu sahədə də təcrübə yox idi. Keçmiş SSRİ ölkələri yalnız 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra siyasi təsisatlar, siyasi sistem, çoxpartiyalı sistem, azad kütləvi informasiya vasitələri yaratmağa başladılar. Bu proses hər bir ölkədə müxtəlif formada gedir. Haradasa nəticələr çox, haradasa azdır, lakin bütövlükdə bu proses labüddür. Biz Azərbaycanda beynəlxalq birliyə fəal inteqrasiya siyasətini həyata keçiririk. Təbii ki, inkişaf etmiş demokratik dövlətləri səciyyələndirən bütün ən mühüm baza meyarları Azərbaycanda da tətbiq edilməlidir. Biz bu istiqamətdə də böyük iş aparırıq, beynəlxalq təşkilatlarla fəal işləyirik, bəzən tənqidə məruz qalırıq. Bu tənqid bəzən ədalətli, bəzən qərəzli olur. Tənqid ədalətli olanda biz buna yalnız sevinirik. Çünki bu, nöqsanları düzəltməyə, vəziyyəti yaxşılaşdırmağa imkan verir. Tənqid qərəzli olanda isə, əlbəttə, bizə mənfi təsir göstərir. Ona görə ki, əvvəldə dediyim kimi, meyarlar vahid olmalıdır, ikili standartlara yol verilməməli, hüquq müdafiə fəaliyyətinin, bu və ya digər ölkədə insan hüquqlarının qiymətləndirilməsi məsələsində ögey-doğmalıq olmamalıdır. Əgər bütün bunlara nail olunsa, onda mən əminəm ki, hər bir iqtidar, yaxud demək olar ki, hər bir iqtidar Azərbaycanda bizim etdiyimiz kimi, hüquq müdafiəçiləri ilə görüşməyə şad olacaqdır.

Bizim ölkədə müxtəlif hüquq müdafiə təşkilatları vardır, onlar çox fəaldır, iqtidarı, rəhbərliyi fəal tənqid edirlər. Hesab edirəm ki, hətta onların bəziləri siyasi qüvvələrin təsiri altında olsalar belə, hərçənd bunu mən ümumiyyətlə yolverilməz hesab edirəm, bu - normal haldır. Lakin mən düşünürəm ki, bu, inkişafımızın müvəqqəti mərhələsidir, biz buna da dözərik. Hüquq müdafiə təşkilatları insanların siyasi mənsubiyyətindən asılı olmayaraq, onların hüquqlarının müdafiəsi işi ilə məşğul olmalıdırlar. Əgər biz Azərbaycanda bütün hüquq müdafiə təşkilatlarının yalnız öz vəzifələrini əsas tutmalarına nail ola bilsək, onda heç bir mübahisəli məsələ qalmayacaq. Təəssüf ki, biz hələlik buna tam nail olmamışıq. Lakin güman edirəm ki, biz buna nail olacağıq. Əminəm ki, hər bir normal cəmiyyət üçün, onun inkişafı üçün daimi dialoq - iqtidarla cəmiyyət arasında, iqtidarla hüquq müdafiə fəaliyyəti ilə məşğul olan strukturlar arasında dialoq zəruridir. Biz vətəndaş cəmiyyətinin yaradılmasına və ictimai nəzarətə doğru kifayət qədər sürətlə irəliləyirik. Buna görə də mən istənilən vaxt sizi yenidən burada görməyə şad olaram.

Polşanın ombudsmanı YANUŞ KOXONOVSKİ sürətlə inkişaf edən Azərbaycanın dünya dövlətlərinin hüquq müvəkkilləri arasında da yaxşı tanındığını bildirərək dedi:

-Cənab Prezident, çox məşğul olduğunuz bir gündə bizi qəbul etdiyinizə görə, öz həmkarlarım adından Sizə minnətdarlığımı bildirirəm. Biz nəinki belə bir vacib konfransda iştirak etməyimizdən, o cümlədən gözəl ölkənizi görməyimizdən çox məmnunuq. Bu gün biz mərhum atanız, məşhur siyasi xadimin xatirəsini yad etdik. Ombudsman Elmira xanım Süleymanova ilə aparılan əməkdaşlıq sayəsində ölkənizi insan hüquqları müvəkkilləri arasında yaxşı tanıyırlar. Polşanın ombudsmanı kimi mən ölkələrimiz arasında nəinki tarixdə, o cümlədən hazırkı dövrdə yaxşı və sıx münasibətlərin olduğunu məmnunluqla qeyd etmək istəyirəm. Bir daha sağ olun. Mən sizə və ölkənizə ən böyük uğurlar arzulayıram.

Azərbaycan Prezidenti İLHAM ƏLİYEV son illər ölkəmizdə həyata keçirilən islahatlar barədə danışaraq dedi:

-Azərbaycan çox sürətlə inkişaf edir. Ölkədə siyasi-iqtisadi islahatlar aparılır. Biz sosial problemlərə xüsusi diqqət yetiririk. Bu isə insan hüquqlarının qorunması işi üçün də çox vacibdir. Biz yoxsulluğun aradan qaldırılması üçün beynəlxalq maliyyə qurumları ilə işləyirik. Mən tamamilə əminəm ki, əgər biz bu məsələnin öhdəsindən gəlsək, bu, insan hüquqlarının qorunması sahəsinə ən böyük töhfə ola bilər. Sizə deyə bilərəm ki, burada yaşayan yoxsul insanların sayı son dörd il ərzində 49 faizdən 16 faizə düşmüşdür. Bu rəqəm cari ilin əvvəlində müşahidə olunmuşdur. Sürətli yaxşılaşma onu göstərir ki, bizim islahatlarımız insanların gündəlik həyatında öz əksini tapır.

Bəzən iqtisadi islahatlar ağrılı olur. Bəzi hallarda zəruri hesab edilən islahatlar ölkə daxilində gərginlik və müəyyən çətinlik, eləcə də maliyyə problemləri yaradır. Lakin biz dəyişikliklərdə israrlıyıq və eyni zamanda, çox güclü, sosial siyasət həyata keçiririk. Bir sözlə, Azərbaycanda insanlar ildən-ilə daha yaxşı yaşayırlar. Bu, xüsusən də aşağı gəlirli insanlara aiddir. Hazırda biz yoxsul ailələrə yardım üzrə böyük sosial proqramı həyata keçiririk. Təxminən 100 min ailə bu proqramla əhatə olunur və dövlət onlara aylıq maliyyə yardımı göstərir. Bu yardım onlara yoxsulluqdan daha təkmil mövqeyə doğru addım atmaq imkanlarını açır. Əlbəttə, vaxt keçdikcə Azərbaycanın iqtisadi imkanları və potensialı artacaq, problemləri həll etmək bizim üçün daha asan olacaqdır.

Mən öncə qaçqınların problemlərinə toxundum. Bu bizim üçün böyük sosial və humanitar problemdir. Lakin proqramın uğurla həyata keçirilməsi nəticəsində hazırda biz 10 ildən çox çadır düşərgələrində yaşamış 80 mindən çox insanı normal evlərə köçürdük. Biz bir çox evlər, məktəb və xəstəxanalar tikirik. Bu məqsədlə xüsusi infrastruktur yaradılıbdır. Lakin bu müvəqqətidir. Çünki bunlar məskunşalma yerləri hesab edilir. Torpaqlarımız azad olunarsa, biz həmin şəxslər üçün onların doğma yerlərində normal yaşayış şəraitlərinin təmin edilməsi üçün çoxlu sərmayə qoyacağıq.

Bir daha xoş gəlmisiniz. Çox sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO