RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERASİYA ŞURASI SƏDRİNİN MÜAVİNİ SVETLANA ORLOVANIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Rusiya Federasiya Şurası sədrinin müavini Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, dövlət başçıları səviyyəsində keçirilən görüşlərin münasibətlərimizin daha da inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıdığı qeyd olundu. Görüşdə, həmçinin Azərbaycan və Rusiya Ali Qanunverici orqanları arasında mütəmadi görüşlərin və qarşılıqlı səfərlərin parlamentlərarası əlaqələlərin və əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyi vurğulandı və bu sahədə əlaqələrin daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu.
######