RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbərə verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Gürcüstana səfərə gəlmişdir.
Azərbaycanın, Türkiyənin və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş Tbilisi beynəlxalq hava limanında dövlətimizin başçısını Prezident Mixail Saakaşvili böyük hörmət və ehtiramla qarşıladı.