Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin tutarlı cavabı Sarkisyana tərs sillə effekti verdi

Azərbaycan Prezidenti İlham Əliyevin tutarlı cavabı Sarkisyana tərs sillə effekti verdi

Bakı, 18 sentyabr, AZƏRTAC

Öz ənənəsinə sadiq qalan Ermənistan prezidenti Serj Sarkisyan bütün tədbirlərdə olduğu kimi, MDB Dövlət Başçıları Şurasının sentyabrın 16-da Bişkekdə keçirilən iclasında da Azərbaycanla bağlı etdiyi qərəzli, təxribat xarakterli çıxışla əslində heç kəsi təəccübləndirmədi. Ermənistan prezidentinin boşboğazlığı, Azərbaycan haqqında heç bir məntiqə sığmayan, yalan, böhtan xarakterli çıxışlar etməsi və özünü biabırçı vəziyyətə salması, belə görünür, artıq onda vərdişə çevrilib. Serj Sarkisyan Bişkekdəki çıxışı ilə erməni tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında nəinki sülh istəmədiyini, hətta növbəti təxribatlar üçün əsas yaratmağa çalışdığını nümayiş etdirdi.

MDB Dövlət Başçıları Şurasının iclasında bu il aprelin əvvəlində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı ölkəmizdən şikayət xarakterli yersiz çıxışı ilə Sarkisyan növbəti dəfə özünü biabır etdi.

Aprel döyüşlərinin Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərində ölkəmizə qarşı silahlı təxribatı nəticəsində baş verdiyini sanki “unudan” Sarkisyan həyasızcasına dedi ki, bu hadisələr hərbi itkilərə gətirib çıxarmaqla yanaşı, mülki vətəndaşların da həlak olması ilə nəticələnib və sülh prosesinə ciddi zərbə vurub.

Qeyd etdiyimiz kimi, Sarkisyan həm Ermənistandakı tədbirlərdə, həm də iştirak etdiyi beynəlxalq sammitlərdə, konfranslarda Azərbaycan haqqında cəfəngiyat dolu çıxışlar edir. Xüsusilə də erməni gənclərin, diaspor nümayəndələrinin qarşısında həmişə boşboğazlıq edən Ermənistan dövlətinin başçısı Bişkekdə bir məqamı nəzərə almamışdı: onun qarşısında nə beyni zəhərlənmiş erməni gəncləri, nə də xəyanətkar diaspor nümayəndələri var idi. Onun qarşısında həqiqəti çox gözəl bilən dövlət və hökumət başçıları, ən əsası isə Azərbaycan Prezidenti İlham Əliyev var idi. Yəqin o, çıxışların əlifba sırası ilə edildiyinə və Azərbaycan Prezidentinin artıq çıxışının başa çatmasına arxayın olub belə “cəsarətlənmişdi”.

Azərbaycan Prezidentinin Ermənistan dövlətinin başçısına sillə kimi dəyən sərt cavabı isə özünü çox gözlətmədi. Prezident İlham Əliyev əlifba sırası ilə çıxış etməli olan Belarus Prezidenti Aleksandr Lukaşenkodan ona danışmaq üçün imkan verməsini xahiş etdi və Ermənistan prezidentini yerinə oturtdu. Erməni tərəfinin bu yersiz şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirdiyini vurğulayan dövlətimizin başçısı Sarkisyanın qərəzli çıxışına tam əsaslı cavab verərək dedi: “Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, - bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, - sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda, bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu”.

MDB Dövlət Başçıları Şurası iclasının Qırğızıstanın paytaxtında keçirilməsi guya Sarkisyana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 1994-cü ildə imzalanmış Bişkek protokolunu yada salıb. Amma Sarkisyan çıxışına hazırlaşmamışdan əvvəl bu sənədə nəzər salsaydı, belə biabırçı vəziyyətə düşməzdi. Bu ilin aprelində atəşkəs rejiminin pozulduğunu deyən Sarkisyan sözünə “qüvvət” vermək üçün Bişkek sazişinin “müddətsiz” bağlandığını bildirdi. Amma protokolda açıq şəkildə yazılıb ki, “tez bir zamanda müvafiq razılaşmanın bağlanması yolu ilə icra hakimiyyəti rəhbərləri və nümayəndələrinin silahlı qarşıdurmanın dayandırılması və onun nəticələrinin aradan qaldırılması üzrə səylərini tam dəstəkləyirlər...”. Görəsən, Sarkisyan “tez bir zamanda” və “müddətsiz” ifadələri arasında fərqi görürmü? İyirmi ildən artıq bir müddət Ermənistana təcavüzkar siyasətdən imtina etməyə niyə bəs etmir?..

Bişkek protokolu Sarkisyan üçün belə vacib sənəddirsə, niyə məhz aprel döyüşlərində Azərbaycan Ordusundan sarsıdıcı cavab zərbəsi aldıqdan sonra bunu xatırlamaq qərarına gəlib. Görünür, zərbənin təsiri hələ keçməyib və keçməyəcək də. Amma bu sənəd yalnız atəşkəsin təmin edilməsi deyil, həm də işğal olunmuş torpaqların geri qaytarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi, məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılması, tez bir zamanda dayanıqlı sülhün əldə edilməsini nəzərdə tutur. Sarkisyan deyəndə ki 1994-cü il razılaşması qeyd-şərtsiz yerinə yetirilməlidir, görəsən sənəddəki digər məqamların üstündən niyə sükutla keçir?

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tribunalarda dəfələrlə bildirdiyi həqiqətləri bir daha vurğulayaraq Sarkisyanın səfalət girdabına saldığı və səbri tükənmiş ermənilərin qəzəbini soyutmağa və havadarlarından imdad diləməyə ünvanlanmış bu mənasız çıxışını tutarlı dəlillərlə tamamilə alt-üst etdi: “Beynəlxalq təşkilatlar bu məsələnin necə tənzimlənməli olduğunu çox dəqiq anlayırlar. Ali beynəlxalq struktur var - BMT Təhlükəsizlik Şurası. Bu strukturdan yüksəyi yoxdur. Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində dörd qətnamə qəbul edib. Həmin sənədlərdə erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Bu qətnamələr yerinə yetirilmir. Ermənistan onlara məhəl qoymur və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini süni şəkildə dəyişdirməklə, həmin ərazini qanunsuz məskunlaşdırmaqla yeni reallıqlar yaratmağa çalışır. Bu, tamamilə qanunsuzdur, cinayətdir və bu cinayət indiyə qədər davam edir”.

Beləliklə, çıxışına yalanla başlayan Ermənistan prezidenti siyasi cəhətdən bəsirətsizliyini göstərməkdə davam etdi. Sarkisyan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında siyasi yollarla həll edilməli olduğunu dedi. Yəni, həqiqətənmi ona aydın deyil ki, beynəlxalq norma və prinsiplər işğalçının tərəfində deyil və ola da bilməz? Dövlət və hökumət başçıları qarşısında səriştəsiz olduğunu açıq nümayiş etdirmək ona bu qədərmi lazım idi?

Prezident İlham Əliyev Sarkisyanın bu fikirlərinin məhz işğalçı Ermənistana aid olduğunu sərt şəkildə vurğulayaraq məsələnin həqiqi tərəflərini bir daha diqqətə çatdırdı: “Biz sülh prosesinə sadiqik. Biz konstruktiv işləyirik. Minsk qrupu mövcuddur. Amma erməni tərəfi bu formatdan yalnız danışıqlar prosesinin sonsuz olması üçün istifadə edir. Onlar sülh istəmirlər. Onlar bizim ərazilərimizi daim nəzarət altında saxlamaq və hər yerdə Azərbaycanı bunda ittiham etmək istəyirlər ki, guya biz nəyisə pozuruq. Biz zərər çəkmiş tərəfik. Biz heç kəsin ərazisini işğal etməmişik. Bizim ərazilərimiz, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır”.

Beləliklə, Ermənistan prezidenti Azərbaycan Prezidentinin faktlara əsaslanan tutarlı cavabının qarşısında çıxılmaz vəziyyətə düşdü və təbii ki, susmaq məcburiyyətində qaldı. Bu sərt cavabın qarşısında nə isə danışmağın yersiz olduğunu anlayan Sarkisyan özünü gülünc vəziyyətə salsa da, yenə də ona xas olan həyasızlıqdan əl çəkməyərək “Yalana cavab verməyin sadəcə mənası yoxdur” deməklə Prezident İlham Əliyevin qarşısında məğlub, aciz vəziyyətə düşdüyünü açıq-aşkar nümayiş etdirdi. Onun Azərbaycanı günahlandırmaq üçün etdiyi cılız cəhd bu dəfə də uğursuzluqla nəticələndi.

Azərbaycan Prezidentinin “Mən yalana artıq cavab verdim” deməsi isə Ermənistan dövlətinin başçısına növbəti dəfə tərs sillə effekti verdi.

Xatırladaq ki, Ermənistan prezidentinin Azərbaycan dövlətinin qarşısında bu cür məğlub duruma düşməsi birinci dəfə deyil. 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş Sammitdə Türkiyənin bu Zirvə toplantısında təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr etmiş və qardaş ölkəni əsassız olaraq ittiham etmişdi. Dövlətimizin başçısı “bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam” deməklə Ermənistan prezidentinə tutarlı cavab vermişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Pensiyanın növ dəyişməsinin elektron qaydada təmini ildə 6-7 min vətəndaşı əhatə edəcək

Komitə sədri: Azərbaycanda qadınların böyük potensialı var

Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycandan Qazaxıstana ekstradisiya olunub

DİN: Polis əməkdaşları itkin düşən bir neçə nəfəri tapıb

Azərbaycan millisinin Türkiyə ilə keçirəcəyi oyunların hakimləri açıqlanıb

Bakıda MDB Metrologiya və Sertifikatlaşma üzrə Dövlətlərarası Şurasının Texniki Komitələrinin müşavirəsi keçirilir

TBMM-in Baş katibinin müavini Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ötən il Azərbaycanda sığorta təminatı verilən risklərin həcmi ÜDM-i 4 dəfə üstələyib

“Qaraca qız” tamaşasının premyerası olacaq

Bu gün Avropa Liqasının qalibi müəyyənləşəcək

Əmək pensiyasının bir növdən başqa növə keçirilməsi hansı halda mümkün olacaq?

Ötən gün 2 tüfəng könüllü olaraq təhvil verilib

Musa Quliyev: Yeni qanun layihəsi sosial sığorta prinsipinin təkmilləşdirilməsini özündə ehtiva edir

Bakıda qadın liderliyinə həsr olunmuş “SHE Congress” keçirilir

ADA Universitetində COP29-la bağlı seminar keçirilir

Bakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Vaşinqtonda 8-ci Trans-Xəzər Forumu keçirilib

Azərbaycanda keçiriləcək minifutbol üzrə dünya çempionatının vaxtı dəqiqləşib

Hərbi xidmətdən yaşa görə pensiyaya buraxılanlar üçün pensiya yeni qaydada hesablanacaq

“Vikipediya”nın Azərbaycan dili bölməsində keyfiyyət göstəricisi 44-dən 45-ə yüksəlib

AMB: Son beş ildə sığorta bazarının həcmi 2 dəfə böyüyüb

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2023-cü il 13 aprel tarixli 20/01-020 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin QƏRARI

AzMİU ilə Atatürk Universiteti arasında əlaqələr genişlənir

Leyla Əliyeva İsveçrədə BMT ofisində görüşlər keçirib

Türkiyə nümayəndə heyəti Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib

FHN: Ötən gün 27 halda yanğına çıxış olub, 5 nəfər xilas edilib

BDU-da elmi seminar: Milli H-indeksi platforması

DİN: Ötən gün 65 cinayətin açılması təmin olunub

Dünya çempionatı: Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayır

Latviyalı yazıçının “Ölüm rəqsi” kitabının təqdimatı olub

Dünya birjalarında neft ucuzlaşıb

Deputatların əmək pensiyalarına əlavələr yeni qaydada hesablanacaq

Milli Məclisdə əmək pensiyaları ilə bağlı yeni qanun layihəsi müzakirə olunur

“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək

Azərbaycan Basketbol Liqası: Bu gün final seriyasının üçüncü oyunu keçiriləcək

Emin Əmrullayev Dünya Təhsil Forumunda görüşlər keçirib

Dörd nəfərin zəhərlənməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır

Saatlıda keçirilən turnirdə 200-dən çox şahmatçı qız mübarizə aparıb

Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək

Culfa rayonunda sursat aşkarlanıb VİDEO

Azərbaycan nefti ucuzlaşıb

Henrik Hololeyi: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çox vacib dönüş nöqtəsidir

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşlarla görüşəcək

Avropa Komissiyasının rəsmisi: Azərbaycan hər zaman Aİ-nin etibarlı və vacib enerji tərəfdaşı olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Riçard Hoqland: Azərbaycanla Ermənistan arasında baş verən son hadisələr tarixi proseslərdir

Ordu generalı To Lam Vyetnamın yeni prezidenti seçilib

Ticarət nazirinin müavini: ABŞ Xəzər regionunun iqtisadi və strateji əhəmiyyətini anlayır

Xəzər İbrahim: Azərbaycan Orta Dəhlizlə bağlı bütün məsələlərin mərkəzindədir VİDEO

UNESCO-nun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı olub VİDEO

İtaliyada taksi sürücüləri tətil edib

Latviyada Rusiya vətəndaşlığını saxlayan şəxslər orduya çağırılmayacaqlar

“Meta” Slovakiyanın Baş nazirinə sui-qəsd edən şəxsin feysbuk hesabını silib

Rəsmi Tbilisi Venesiya Komissiyasının rəyini sərt tənqid edib

Süni intellekt tibb işçilərinə kömək edəcək

Beynəlxalq Buker Mükafatı qalibinin adı açıqlanıb

Vladimir Putin: İran Prezidenti etibarlı tərəfdaş idi

Çin kəşfiyyatına cəsusluqda ittiham olunan keçmiş Britaniya dəniz piyadası ölü tapılıb

Hidayət Heydərov: Hədəfim “Paris-2024”də qızıl medal qazanmaqdır VİDEO

Dünya çempionu Hidayət Heydərov Vətənə dönüb

ABŞ Böyük Britaniyaya iki strateji bombardmançı təyyarə göndərib

Argentinada ətyeyən dinozavrın yeni növü aşkar edilib

Nigerdə yaraqlıların hücumu nəticəsində azı 7 əsgər öldürülüb

Qəzza sakinlərinə ərzaq paylanması təhlükəsizlik səbəbindən dayandırılıb

Avropa çempionatının ikinci günündə güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazanıb

Şəkidə avtomobil yolu keçmək istəyən piyadanı vurub

Həndbol üzrə Azərbaycan kubokunun oyunlarına start verilir

Blinken: ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Malayziyalı tələbələr Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılıblar

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində 100-dən çox ağac əkilib

Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”

“International Policy Digest” nəşri Cənubi Qafqazda davamlı sülhün əldə olunması imkanlarından yazıb

Əlilliyi olan 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyətinin Azərbaycana səfəri

ABŞ-ın Men ştatının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

® Şahin Bağırov “Caspian Energy Club” üzvləri ilə görüşüb

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan-Pakistan arasında Enerji üzrə Birgə İşçi Qrupun ilk iclası keçirilib

Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub

Quliyevlər ailəsinin üç övladından hələ də xəbər yoxdur - Kəlbəcərdə “Tunel faciəsi”nin şahidləri danışır

Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə

İZİA və “Ximqrad Texnopolis” Azərbaycanda birgə şirkət yaradacaq

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə edilib

Masallıda Ombudsman Aparatı və BQXK tərəfindən seminar təşkil olunub

Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

İdarə rəisi: Qabaqlayıcı tədbirlər nəticəsində Lənkəran ərazisində subasma hadisəsi baş verməyib

“Azərpoçt”un “İnternet bankçılıq” xidmətindən “SİMA İmza” ilə istifadə imkanı yaradılıb

Azərbaycan və Ukrayna arasında regional təhlükəsizlik məsələləri müzakirə olunub

Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub

Energetika nazirinin Ağcabədidə vətəndaş görüşünün vaxtı dəyişdirilib

Parlamentin plenar iclasında 11 məsələ müzakirə olunub

“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

Sinoptiklər xəbərdarlıq edirlər: Bəzi yerlərdə leysan yağacaq, çaylardan daşqın və sel keçəcək

BDU-da “Çin dili körpüsü” müsabiqəsi keçirilib

Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb