RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ YUNANISTANIN BAŞ NAZİRİ KONSTANTİNOS KARAMANLİSİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə-Yunanıstan qaz kəmərinin açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Yunanıstanın Baş naziri Konstantinos Karamanlislə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Türkiyə-Yunanıstan qaz kəmərinin istifadəyə verilməsindən sonra, Azərbaycan, Türkiyə və Yunanıstan arasında əməkdaşlığın yeni formatı yaranıbdır. Bunun həm region dövlətləri, həm də Azərbaycan və Yunanıstan üçün yaxşı perspektivləri vardır.
Prezident İlham Əliyev bildirdi ki, bu əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı istiqamətində mühüm bir addımdır.
Tərəflər qeyd etdilər ki, Avropa İttifaqı bu cür tədbirləri dəstəkləməlidir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də söhbət getdi, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis Azərbaycanın ərazi bütövlüyünün dəstəklədiyini bildirdi.