Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

-Çıxışlarda bu vaxta qədər görülən işlər haqqında məlumat verildi və ən önəmlisi, gələcəkdə bizi nələr gözləyir, hansı işləri görməliyik - bu barədə də kifayət qədər geniş məlumatlar səsləndi. Bu çox vacibdir, çünki biz hər bir sahədə vəziyyəti yaxşılaşdırmaq üçün, ilk növbədə, mövcud olan problemi həll etməliyik, özü də kompleks şəkildə və maksimum həcmdə. Bu problemlər maksimum təhlil olunandan sonra, əlbəttə ki, bunların həlli yolları müzakirə olunur və müvafiq proqramlar qəbul edilir. Görülən işlər deməyə əsas verir ki, gələcəkdə bu sahə ilə bağlı bütün problemlərin həlli üçün bizim imkanlarımız var. Texniki imkanlarımız var, artıq təcrübəmiz var, - böyük, nəhəng layihələrin icrası üçün lazım olan təcrübə, - texnika, mütəxəssislər, yəni bütün lazımi tədbirləri görmək üçün imkanlar var. Maliyyə imkanlarımız da var və bu gün burada nümayiş etdirilən layihələrin bir çoxu Azərbaycanın dövlət büdcəsinin hesabına, Neft Fondunun vəsaiti hesabına həyata keçirilir. Eyni zamanda, beynəlxalq maliyyə qurumları ilə artıq çox gözəl işgüzar əlaqələrimiz var. Bu vaxta qədər bizə ayrılan kreditlərdən istifadə edib müəyyən işləri gördük və əsas böyük işlər isə bundan sonra görüləcəkdir. Burada səslənən rəqəmlər də göstərir ki, nə qədər böyük işlər görüləcəkdir. 1 milyard dollardan çox vəsaitin qoyuluşu nəzərdə tutulur. İndi Azərbaycanın iqtisadi imkanları bizim kredit reytinqimizə də müsbət təsir göstərmişdir. Bu gün xarici bazarlardan maliyyə resursları almaq artıq bizim üçün problem deyildir. Düzdür, son müddət ərzində bu sahədə dünyada müəyyən problemlər yarandı, maliyyə resurslarının həcmi məhdudlaşdı. Amma buna baxmayaraq, Azərbaycanın kredit reytinqi kifayət qədər yüksəkdir. Bizim etibarlı tərəfdaş olmağımız artıq bütün dünya biznes, maliyyə aləmi üçün bəlli bir məsələdir. Yəni biz həm xarici maliyyə təşkilatlarının imkanlarından, həm də öz imkanlarımızdan istifadə etməliyik. Beləliklə, bütün bu imkanları maksimum dərəcədə səfərbər etməliyik.

Maksimum proqram tərtib olunandan sonra, əlbəttə ki, proqram daxilində ardıcıllığı da təmin edəcəyik. Hansı məsələlər prioritet əhəmiyyət daşıyırsa, onlar ilk növbədə görülməlidir. Ancaq bütövlükdə mən tam əminəm ki, biz qlobal kontekstdə də bu məsələlərlə bağlı uğurlara nail olacağıq. Bütün işlər çox yüksək səviyyədə, keyfiyyətlə görülməlidir, keyfiyyət birinci yerdə olmalıdır. Həm texniki cəhətdən, həm də ki, veriləcək suyun keyfiyyəti də yüksək olmalıdır. Ona görə bütün texniki tədbirlər buna yönəldilməlidir. Təmizləyici qurğular, əlbəttə ki, bu keyfiyyəti təmin edir. Kəmər də müasir borularla çəkilir və onu da qeyd etmək istəyirəm ki, Oğuz, Qəbələ Bakı su kəmərinin tikintisi nəticəsində Azərbaycanda, Sumqayıtda böyük bir sənaye kompleksi yaranmışdır. Böyük diametrli borular istehsal olunur. Hansı ki, əvvəllər bu istehsal bizdə yox idi. Çoxlu iş yerləri açılmışdır və gələcəkdə bu kompleks həm Azərbaycan üçün səmərəli işləyəcək, - çünkü bizim başqa layihələrimiz də var, - həm də öz məhsulunu xaricə ixrac edə bilər, çünki o, çox yüksək keyfiyyətli məhsuldur.

Eyni zamanda, biz paylayıcı şəbəkəyə böyük diqqət göstərməliyik. İndi bu kəmər tikilir. Ancaq o Bakıya daxil olandan sonra mövcud sistemə qoşulacaqdır. Burada isə deyildi ki, infrastruktur artıq köhnəlibdir. Biz bunu gərək yeniləşdirək, o, müasir səviyyəyə cavab verməlidir, həm də ki, itkilər də azalmalıdır. İtkilər də kifayət qədərdir. 20 faizdən çoxdur. Bunun da təbii səbəbləri var. Çünki artıq borular köhnəlib, paslanıbdır. Əlbəttə, paylayıcı şəbəkənin yeniləşdirilməsi bu məqsədi də güdür.

Bakının su problemləri artıq həll olunmaqdadır. Həlli yolları bəllidir və əminəm ki, görüləcək işlər vəziyyəti böyük dərəcədə yaxşılaşdıracaqdır. Qəsəbələrin su təchizatı Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramında öz əksini tapıbdır. İşlərin böyük hissəsi görülüb, ümid edirəm ki, ilin sonuna qədər bütövlükdə bu proqram, o cümlədən onun suya aid olan hissəsi icra ediləcəkdir.

Rayonlarda görüləcək işlər artıq bəllidir. Bütün rayonlar proqramlarla əhatə olunubdur. Dünya Bankı və digər banklar tərəfindən verilən kreditlər Azərbaycanın bütün rayonlarını əhatə edir. Həm su təminatını, həm də kanalizasiya sisteminin quraşdırılmasını - əksər rayonlarda, ümumiyyətlə, kanalizasiya sistemi yoxdur. Yəni bunlar böyük işlərdir, nəhəng infrastruktur layihələridir, bunlar çox böyük peşəkarlıq və keyfiyyət tələb edir. Biz buna böyük vəsait ayırırıq.

Onu da qeyd etmək istəyirəm ki, bu məsələlərin həlli, ilk növbədə, sosial xarakter daşıyır. Əlbəttə, bunun iqtisadiyyata da, xüsusilə də kənd təsərrüfatına müsbət təsiri olacaqdır. Amma birinci yerdə sosial məsələlərin həlli - insanların təmiz və keyfiyyətli su ilə təmin olunması və insanların sağlamlığına zərər verə biləcək amillərin azaldılması məsələsi dayanır. Bu bir daha onu göstərir ki, Azərbaycan dövləti öz siyasətini xalqın maraqları üzərində qurur.

Biz kreditlərlə birlikdə bir neçə milyard dollara başa gələcək nəhəng layihələr icra edirik. Biz öz maddi, maliyyə imkanlarımızı səmərəli şəkildə, ilk növbədə, insanların həyat səviyyəsinin yaxşılaşması, sağlamlığının möhkəmlənməsi və sosial problemlərinin həlli üçün istifadə edirik.

Eyni zamanda, bununla yanaşı, ekoloji məsələlər də öz həllini tapır və burada göstərilən slaydlarda gördük ki, Xəzər dənizinin akvatoriyası, Bakı buxtası təmizlənəcəkdir. Keçən ilə nisbətən bu il çimərliklərdə böyük irəliləyiş var. Hər dəfə yay yaxınlaşdıqca biz eşidəndə ki, o çimərlik, bu çimərlik bağlanmalıdır, orada vəziyyət pisdir, insanların ürəyi ağrıyır. Nə üçün bizim gözəl Xəzər dənizimiz belə çirklənməlidir? Biz elə etməliyik ki, yeni görülən işlər nəticəsində bu çimərlik mövsümünə Xəzər dənizinin ekologiya məsələlərini tam şəkildə həll edək. Təmizləyici qurğular tikilibdir. Hansılar ki, indi tikilməlidir, onlar da tikiləcəkdir. Ümid etmək istəyirəm ki, bu yayda insanlarımız dənizdən daha da çox istifadə edəcəklər.

Bir sözlə, bütün bu görüləcək işlər su təminatının, ekoloji vəziyyətin yaxşılaşmasına, meliorasiya məsələlərinin həllinə və nəticədə sosial və iqtisadi inkişafa da böyük təkan verəcəkdir. Bunlar doğrudan da, böyük qlobal layihələrdir, böyük tarixi əhəmiyyət daşıyan layihələrdir. Bu vaxta qədər görülən bütün işlər, xüsusilə 1970-80-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görülən işlər bu gün bizə imkan verir ki, bu nəticələrdən istifadə edək. Ancaq biz daha da irəliyə getməliyik. Ölkənin əhalisi artır, iqtisadiyyat artır, yeni tələblər, yeni məsələlər ortalığa çıxır. Biz bunlara hazır olmalıyıq və bir də demək istəyirəm ki, vaxtı qabaqlamalıyıq. Ümid edirəm ki, bu gün burada göstərilən bütün layihələr vaxtlı-vaxtında uğurla icra olunacaqdır. Mən də, həmişə olduğu kimi, bu işlərə nəzarət edəcək və vaxtaşırı sizdən hesabat alacağam.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Baş direktor: Yük gəmiləri limanda qaldıqları müddətdə havanı zəhərləyirlər

IAAR AzMİU-da 2 ixtisas, 1 ixtisaslaşma üzrə akkreditasiya aparıb

® “Usta Mənəm!” peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün “Holcim” şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir