SİYASƏT
Azərbaycan Prezidenti yunanıstanlı həmkarına başsağlığı verib
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev qatar qəzası ilə əlaqədar Yunanıstan Prezidenti Katerina Sakellaropuluya başsağlığı məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.
Qeyd edək ki, Yunanıstanda baş verən dəmir yolu qəzası nəticəsində 57 nəfər həlak olub, onlarla sərnişin isə itkin düşmüş sayılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2024 [17:46]
Lvovda Azərbaycanı xatırladan məkanlar... – FOTO
- 25.05.2024 [17:05]
Lvovda soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil olunub
- 25.05.2024 [16:53]
Ermənistan Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalıb ŞƏRH
- 25.05.2024 [16:52]
Qahirədə Azərbaycan-Misir əlaqələrinin perspektivləri müzakirə olunub
- 25.05.2024 [15:29]
Əbu-Dabidə Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub
- 25.05.2024 [14:16]
Müstəqillik Günü Polşada təntənə ilə qeyd olunub
- 25.05.2024 [14:02]
Azərbaycanın Müstəqillik Günü münasibətilə Dehlidə rəsmi qəbul təşkil edilib
Bakının 549 küçəsi yuyulub
- [17:49]
Gürcüstanda zəlzələ baş verib
- [17:17]
I Milli Təhsil Zirvəsi keçirilib
- [17:03]