Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının kadrlarının hazırlanması sahəsində xidmətlərinə, öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Məmmədova Kamina Qavil qızı

“Hərbi xidmətlərə görə” medalı ilə

Allahverdiyev Extibar Yadulla oğlu – polkovnik

Əliyev Elçin Alastun oğlu – polkovnik

Əmirov Ziyafət Məsim oğlu – polkovnik

İsmayılov Azər Valeh oğlu – polkovnik

Nəsirov Elşad Haqverdi oğlu – polkovnik

Fətullayeva Mehparə Dayış qızı – polkovnik-leytenant

Məhərrəmov Namiq Əliəddin oğlu – polkovnik-leytenant.

2. Təhsil sahəsində xidmətlərinə görə Akif Padar oğlu Orucəliyevə “Əməkdar müəllim” fəxri adı verilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2023-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin