SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA PALATASI ECOSAİ-NİN KOMİSSİYASINA SEÇİLMİŞDİR
İyunun 24-dən iyulun 1-dək Ankarada və Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin ali audit qurumlarının Beynəlxalq Təşkilatının - ECOSAİ-nin idarə heyətinin VII iclası keçirilmişdir. Respublikamızı Hesablama Palatasının üzvü Cəfər Həsənov təmsil etmişdir. İclasda ECOSAİ Baş katibliyinin hesabatı dinlənilmişdir.
Azərbaycan və Qırğızıstan respublikalarının hesablama palataları iclasın gedişində yaradılmış ECOSAİ Baş katibliyinin hesabatlarının yoxlanılması üzrə Audit Komissiyasının tərkibinə seçilmişlər.
Respublikamızın nümayəndəsi iclasın gedişində Türkiyə Hesablama Palatasının təmsilçiləri ilə ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparmışdır.