RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ İLƏ FRANSA RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA 2007-Cİ İL NOYABRIN 14-DƏ İMZALANMIŞ MALİYYƏ PROTOKOLUNUN İCRA EDİLMƏSİ MƏQSƏDİLƏ AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ ADINDAN ÇIXIŞ EDƏN İQTİSADİ İNKİŞAF NAZİRLİYİ VƏ FRANSA RESPUBLİKASI HÖKUMƏTİ ADINDAN ÇIXIŞ EDƏN NATİXİS BANQUES POPULAİRES ARASINDA KREDİT MÜQAVİLƏSİNİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Hökuməti ilə Fransa Respublikası Hökuməti
arasında 2007-ci il noyabrın 14-də imzalanmış Maliyyə Protokolunun icra edilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti adından çıxış edən İqtisadi İnkişaf Nazirliyi və Fransa Respublikası Hökuməti adından çıxış edən Natixis Banques Populaires arasında 2008-ci il mayın 16-da imzalanmış Kredit Müqaviləsi təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2008-ci il.