Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası hökuməti ilə Mərakeş krallığı hökuməti arasında logistika sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2023-cü il noyabrın 13-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında logistika sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişi” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Çərçivə Sazişi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Çərçivə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Mərakeş Krallığı Hökumətinə bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2023-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin