RƏSMİ XRONİKA
“AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ POLŞA RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA MÜLKİ HAVA DAŞIMALARI HAQQINDA” 1997-Cİ İL AVQUSTUN 26-DA VARŞAVA ŞƏHƏRİNDƏ İMZALANMIŞ SAZİŞƏ DÜZƏLİŞLƏR EDİLMƏSİ BARƏDƏ” PROTOKOLUN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında mülki hava daşımaları haqqında” 1997-ci il avqustun 26-da Varşava şəhərində imzalanmış Sazişə düzəlişlər edilməsi barədə” 2008-ci il fevralın 26-da Varşava şəhərində imzalanmış Protokol təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2008-ci il.