RƏSMİ SƏNƏDLƏR
“Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında” 2011-ci il oktyabrın 20-də Almatı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2011-ci il.