Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilən laboratoriyaların SİYAHISI

Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 26 yanvar tarixli
Sərəncamına 2 nömrəli Əlavə

1. Bakı şəhəri, S.S.Axundov küçəsi 73c ünvanında yerləşən Baytarlıq Elmi-Tədqiqat İnstitutu.

2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti üzrə:

2.1. Bakı şəhəri, 8-ci mikrorayon, 3123-cü məhəllədə yerləşən Respublika Baytarlıq Laboratoriyası;

2.2. Sabirabad, Göygöl, Bərdə, Quba və Qax rayonlarında yerləşən və hazırda fəaliyyətdə olan zona baytarlıq laboratoriyaları;

2.3. Abşeron, Salyan, Ucar, Şəki, Lənkəran, Tovuz, Şamaxı və Beyləqan rayonlarında tikilməkdə olan zona baytarlıq laboratoriyaları.

3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti üzrə:

3.1. Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin Bakı şəhərində yerləşən laboratoriyası;

3.2. Respublika Karantin Ekspertiza Mərkəzinin Bakı şəhərində yerləşən laboratoriyası;

3.3. Abşeron, Salyan, Sabirabad, Ucar, Göygöl, Şəki, Bərdə, Quba, Lənkəran, Tovuz və Şamaxı rayonlarında yerləşən toksikologiya-nəzarət laboratoriyaları;

3.4. Abşeron, Salyan, Sabirabad, Ucar, Göygöl, Şəki, Bərdə, Quba, Lənkəran, Tovuz və Şamaxı rayonlarında yerləşən karantin ekspertizası laboratoriyaları.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin