RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ OLİMPİYA KOMİTƏSİNİN ÜZVLƏRİ VƏ ƏMƏKDAŞLARININ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında Olimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Hüseynzadə Çingiz Muxtar oğlu
Qarayev Faiq Əli oğlu
“Tərəqqi” medalı ilə
Abdullayeva Svetlana Alimovna
Gəncəli Elmira Ravilyevna
Rəhimov Mirkamil Pirəli oğlu
Rəhimov Nazir Həzrətqulu oğlu
Rəhmanov Cəmaləddin Ələm oğlu
Şamilov Çingiz Qasım oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 oktyabr 2007-ci il.