Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASI
NAZIRLƏR KABINETI
QƏRAR

№ 167

Bakı şəhəri, 19 oktyabr 2011-ci il

"Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

"Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 31 may tarixli 138-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 iyun tarixli 1562 nömrəli Sərəncamının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 634; 2006, № 5, maddə 460; 2008, № 2, maddə 130) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci bənddə "(1-25 nömrəli əlavələr)" sözləri "(1-24 nömrəli əlavələr)" sözləri ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş 25 nömrəli əlavə - "Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslərin xüsusi müəssisələrdə məişət əşyalarının normaları" ləğv edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin