Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar № 105

Bakı şəhəri, 10 may 2012-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının(və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 noyabr tarixli 525 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddə 605, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddə 856) ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda "Dövlət Material Ehtiyatları Agentliyinin Aparatı" sözlərindən sonra "Su Ehtiyatları Dövlət Agentliyinin Aparatı" sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin