Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar № 106

Bakı şəhəri, 10 may 2012-ci il

"Dövlət su kadastrının aparılması qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 5 dekabr tarixli 261 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 noyabr tarixli 525 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 5 dekabr tarixli 261 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, №1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370) aşağıdakı dəyişikliklər edilsin:

1.1. preambulada "42 və 45-ci maddələrinə" sözləri "26-cı maddəsinə" sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə "Nazirliyinə" sözündən sonra "və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə" sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin