Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar № 109

Bakı şəhəri, 10 may 2012-ci il

"Azərbaycan Respublikasının su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 206 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 noyabr tarixli 525 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikasının su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 206 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 627; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin qərarla təsdiq edilmiş "Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1.1. 3-cü, 4-cü və 6-9-cu hissələrdə "tərəfindən" sözündən sonra "Fövqəladə Hallar Nazirliyi," sözləri əlavə edilsin;

1.1.2. 5-ci hissədə "tərəfindən" sözündən sonra "Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla" sözləri əlavə edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş "Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.2.1. 3-cü hissədə "təşkilatları" sözündən sonra "və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi" sözləri əlavə edilsin;

1.2.2. 6-cı hissədə "Azərenerji Səhmdar Cəmiyyəti," sözlərindən sonra "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və" sözləri əlavə edilsin;

 

1.2.3. 8-ci hissədə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözlərindən sonra "və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi" sözləri əlavə edilsin;

1.3. həmin qərarla təsdiq edilmiş "Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.3.1. 7-ci hissədə "Nazirliyinin" sözündən sonra ", Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin" sözləri əlavə edilsin;

1.3.2. 8-ci hissədə "tərəfindən" sözündən sonra "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin" sözləri əlavə edilsin;

1.3.3. 11-ci hissədə "əsasında" sözündən sonra "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, " sözləri əlavə edilsin;

1.3.4. 12-ci hissədə üçüncü halda "və" sözündən əvvəl ", Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi" sözləri əlavə edilsin;

1.3.5. 13-cü hissədə "sxemləri" sözündən sonra "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla" sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin