Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti
Qərar № 181

Bakı şəhəri, 3 noyabr 2011-ci il

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2005 - ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 15-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 305; 2009, № 2, maddə 141) "Kollegiyanın üzvləri" bölməsindən "İsgəndərov İsgəndər Barat oğlu - təhsil nazirinin müavini", "Hüseynova İradə Mehdiqulu qızı - təhsil nazirinin müavini", "Qasımov Elmar Eldar oğlu - təhsil nazirinin müavini" sözləri çıxarılsın və "Nağıyev Piri Abbas oğlu - Naxçıvan MR-in təhsil naziri" sözlərindən əvvəl "Novruzov Qulu Novruz oğlu - təhsil nazirinin müavini" sözləri əlavə edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin