Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar
№ 71

Bakı şəhəri, 28 mart 2012-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin mühafizəsi sahəsində informasiyanın verilməsi və dövlət statistikasının aparılması Qaydaları"nda dəyişiklik edilməsi barədə

"Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il15 noyabr tarixli 246-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli 549 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il22 fevral tarixli 40 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 118; 2005, № 1, maddə 49) ilə təsdiq edilmiş "Ətraf mühitin mühafizəsi sahəsində informasiyanın verilməsi və dövlət statistikasının aparılması Qaydaları"nın 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Ətraf mühitin mühafizəsi sahəsində" təqdim edilən dövlət statistika hesabatlarının dövriliyi, vaxtı, həcmi və forması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyənləşdirilir.".

2.Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin