Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar № 74

Bakı şəhəri, 5 aprel 2012-ci il

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 25 oktyabr tarixli 230 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

"Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli Sərəncamının 2.3-cü bəndinə əsasən və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 25 oktyabr tarixli 230 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 906; 2007, № 12, maddə 1357) 1-ci hissəsində "262" rəqəmi "252" rəqəmi ilə, "115" rəqəmi isə "105" rəqəmi ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin