Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar № 81

Bakı şəhəri, 13 aprel 2012-ci il

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xərclər smetası, ştat cədvəli, işçilərinin say həddi haqqında

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2012-ci il üçün xərclər smetası" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xərclər smetası, ştat cədvəli, işçilərinin say həddi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 11 iyun tarixli 91 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 492; 2010, № 6, maddə 571, № 11, maddə 1033) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci hissədə "6 (altı)" rəqəmi və sözü "10 (on)" rəqəmi və sözü ilə əvəz edilsin;

2.2. 2 nömrəli əlavənin cədvəl hissəsi aşağıdakı redaksiyada verilsin:

Sıra №-si Vəzifələrin adı Ştat vahidlərinin sayı

1 İcraçı direktor 1

2 Baş mühasib 1

3 Aparıcı məsləhətçi 3

4 Hüquqşünas 1

5 İnformasiya texnologiyaları üzrə mütəxəssis 1

6 Məsləhətçi 1

7 Sürücü 2

Cəmi: 10

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin