Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar № 97

Bakı şəhəri, 10 may 2012-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş "Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası"nda dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 noyabr tarixli 525 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 77 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 358; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370) ilə təsdiq edilmiş "Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı, 7-ci və 10-cu hissələrdə "Nazirliyi" sözündən sonra "və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi" sözləri əlavə edilsin;

1.2. 9-cu hissədə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə" sözlərindən sonra "və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə" sözləri əlavə edilsin;

1.3. 11-ci hissədə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözlərindən sonra "və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin" sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin