Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar № 98

Bakı şəhəri, 10 may 2012-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 noyabr tarixli 525 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 dekabr tarixli 56 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 244; 2004, № 12, maddə 1077; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370) ilə təsdiq edilmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5-ci hissədə "Nazirliyi" sözündən sonra "və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi" sözləri əlavə edilsin;

1.2. 18-ci hissədə "müəyyənləşdirilməsi" sözündən sonra "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və" sözləri əlavə edilsin;

1.3. 19-cu hissədə "Nazirliyi" sözündən sonra "və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi" sözləri əlavə edilsin;

1.4. 20-ci hissədə "Cəmiyyəti" sözündən sonra "və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi" sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin