Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar
№ 127

Bakı şəhəri, 4 iyun 2012-ci il

"Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyətinin verilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 1987 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 60) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3-cü bəndin ikinci cümləsində "Təhsil Nazirliyinin" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin" sözləri əlavə edilsin;

1.2. 1.13-cü bəndin ikinci cümləsində "Təhsil Nazirliyi" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi" sözləri, "Nazirlər Kabineti" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi" sözləri əlavə edilsin;

1.3. 1.15-ci bəndin birinci cümləsində "Təhsil Nazirliyindən" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən" sözləri əlavə edilsin;

1.4. 1.16-cı bəndin ikinci abzasının birinci cümləsində "Təhsil Nazirliyi" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi" sözləri əlavə edilsin;

1.5. 1.19-cu bənddə "Nazirlər Kabineti" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi" sözləri əlavə edilsin;

1.6. 4.4-cü bəndin birinci abzasının ikinci cümləsində "Təhsil Nazirliyi" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi" sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin