Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar
№ 132

Bakı şəhəri, 20 iyun 2012-ci il 

 

 "Ekspertiza işlərinə cəlb edilən ştatdankənar ekspertlərin əməyinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 16 iyun tarixli 99 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Ekspertiza işlərinə cəlb edilən ştatdankənar ekspertlərin əməyinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 16 iyun tarixli 99 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, №6, maddə 378) 1-ci hissəsində mötərizədəki "mütəxəssis, aparıcı mütəxəssis və ya baş mütəxəssisinin" sözləri müvafiq olaraq "məsləhətçi, aparıcı məsləhətçi və ya baş məsləhətçisinin" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin