Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar
№ 139

Bakı şəhəri, 25 iyun 2012-ci il

"Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 14 sentyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 310-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 2128 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 14 sentyabr tarixli 149 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 557; 2001, № 6, maddə 434, № 10, maddə 663; 2006, № 12, maddə 1161) əlavə - "Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilməsi Siyahısı"nın "Ünvanı" sütununun 516-cı hissəsində "Qazqulu" sözü "Qazıqulu" sözü ilə, 517-ci hissəsində isə "Qovlar qəsəbəsi" sözləri "Qovlar şəhəri" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin