Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar
№ 140

Bakı şəhəri, 25 iyun 2012-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişikliklər edilməsi barədə

"Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 310-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 2128 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1064) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nın "I.Büdcədən maliyyələşən müəssisələr" bölməsinin "Tovuz rayonu üzrə" hissəsinin 68.4-cü bəndində "Aşağı Ayıblı" sözləri "Əyyublu" sözü ilə, 68.5-ci bəndində "Qovlar qəsəbə sahə xəstəxana" sözləri "Qovlar şəhər xəstəxana" sözləri ilə, 68.10-cu bəndin altıncı abzasında "Azaplı" sözü "Azaflı" sözü ilə, on altıncı abzasında isə "Girzan" sözü "Hunanlar" sözü ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin