Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar
№ 149

Bakı şəhəri, 6 iyul 2012-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş "Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında

"Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 6 aprel tarixli 321-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 2219 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli 116 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 563; 2005, № 11, maddə 1061, № 12, maddə 1228; 2008, № 8, maddə 787) ilə təsdiq edilmiş "Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası"nın III bölməsinin 6-cı hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci abzasa "istənilən" sözündən sonra "(nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla)" sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.".

2. Bu qərar 2012-ci il oktyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikası

Baş nazirinin birinci müavini Yaqub Eyyubov

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin