Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 558 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”na aşağıdakı məzmunda 4.15-ci bənd əlavə edilsin:

“4.15. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkəyə idxal edilən RV-lər barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin informasiya sistem-lərindən aşağıdakı məlumatları real vaxt rejimində əldə edir:

4.15.1. məhsulun bəyan edilmə tarixi;

4.15.2. məhsulun xarici iqtisadi fəaliyyətin mal nomenkla-turası üzrə kodu;

4.15.3. məhsul partiyasının qeydiyyat kodu;

4.15.4. məhsulun təsviri;

4.15.5. məhsulu idxal edən şəxs barədə məlumat (hüquqi şəxsin adı, fiziki şəxsin soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 16 mart 2024-cü il

№ 161

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin