Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 yanvar tarixli 59 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə “2710 12 413 0”, “2710 12 510 1” və “2710 19 310 0–2710 19 480 0” alt yarımmövqelərinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

2710 12 413 0

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miq-darı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə

1 ton üçün 200 manat (2024-cü il 31 dekabr tarixinədək – 1,0 manat)

2710 12 510 1

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miq-darı 0,013 q/l-dən çox,         95-dən az oktan ədədi ilə

1 ton üçün 200 manat (2024-cü il 31 dekabr tarixinədək – 1,0 manat)

2710 19 310 0

emalın spesifik prosesləri üçün qazoyllar

1 ton üçün 80 manat

2710 19 350 0

proseslərdə kimyəvi çevril-mələr üçün qazoyllar

1 ton üçün 80 manat

2710 19 421 0 – 2710 19 480 0

digər qazoyllar, o cümlədən dizel yanacağı

1 ton üçün 80 manat (2024-cü il 31 dekabr tarixinədək – 1,0 manat)

 

2. Bu Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri 

Bakı şəhəri, 29 fevral 2024-cü il

№ 113

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin