Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 951, № 12, maddə 1653; 2015, № 5, maddə 615; 2016, № 10, maddə 1727; 2017, № 4, maddə 621, № 9, maddə 1759, № 11, maddə 2149; 2018, № 4, maddə 824, № 5, maddə 1131; 2019, № 4, maddə 770, № 5, maddə 966; 2021, № 11, maddə 1266) ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.6.11-ci yarımbəndə “mallar” sözündən sonra “(insan orqan və toxumaları istisna olmaqla)” sözləri əlavə edilsin.

2. 2.6.13-cü yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 2.6-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.6-1. Transplantasiya məqsədilə insan orqan və toxumaları idxal və ya ixrac edildikdə bu Qaydaların 2.5.1-ci yarımbəndində göstərilən sənədlərin əvəzinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 sentyabr tarixli 345 nömrəli Qərarı ilə təsdiq edilmiş “Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası”nın 3.11-ci bəndinə müvafiq olaraq gömrük orqanları tərəfindən transplantasiya məqsədilə insan orqan və toxumalarının idxalına və ixracına xüsusi icazə verilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin qərarının mövcudluğu yoxlanılır.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 7 sentyabr 2023-cü il

№ 315

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin