Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1445 (Cild I) ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.4-cü bənd üzrə:

1.1.1. 1.4.5-ci yarımbənddən “qeydiyyat və” sözləri çıxarılsın;

1.1.2. 1.4.8-ci yarımbənddə “NKA və” sözləri “NKA-nın zavod nömrəsi və ya seriya nömrəsi, modeli,” sözləri ilə, “, VÖEN, obyektin kodu” sözləri “və qeydiyyat nömrəsi, VÖEN, vergi ödəyicisinin adı, təsərrüfat subyektinin (obyektinin) uçot kodu, təsərrüfat subyektinin (obyektinin) adı” sözləri ilə əvəz edilsin;

1.2. 2-ci hissə üzrə:

1.2.1. 2.1-ci bənddə “modellərinin tətbiqinə icazə verilir” sözləri “modellərindən istifadə olunur” sözləri ilə əvəz edilsin;

1.2.2. 2.9-cu bənd üzrə:

1.2.2.1. “istifadəsi mümkün deyildir” sözləri “istifadəsinə icazə verilmir” sözləri ilə əvəz edilsin;

1.2.2.2. 2.9.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.9.9-cu və 2.9.10-cu yarımbəndlər əlavə edilsin:

“2.9.9. nəzarət mexanizmi qurğusu olmadıqda və ya onun məlumat saxlama imkanı tükəndikdə;

2.9.10. Komissiya tərəfindən müəyyən edilmiş NKA ilə bağlı texniki tələblər pozulduqda.”;

1.2.3. aşağıdakı məzmunda 2.10-cu bənd əlavə edilsin:

“2.10. Bu Qaydaların 2.9-cu bəndində nəzərdə tutulan hallar aradan qaldırıldıqdan sonra NKA-nın istismarına icazə verilir.”;

1.3. 3-cü hissə üzrə:

1.3.1. 3.1-ci bənd üzrə:

1.3.1.1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. Aşağıdakı tələblərə cavab verən hüquqi şəxs operator kimi qeydiyyatdan keçmək üçün müraciət edə bilər:”;

1.3.1.2. 3.1.2-ci yarımbənddə “1” rəqəmi “12” rəqəmləri ilə əvəz edilsin;

1.3.1.3. 3.1.3-cü yarımbənddə “zəruri avadanlıqlarla təchiz edilmiş ən azı 1 texniki filial və ya məntəqəsi olmalı” sözləri “Bakı şəhərində və digər regionlarda zəruri avadanlıqlarla təchiz edilmiş ümumi sayı ən azı 6 olan servis-texniki filial və ya məntəqəsi olmalı (5 servis-texniki filial və ya məntəqənin Bakı şəhəri istisna olmaqla Azərbaycan Respublikasının müxtəlif regionlarında olması şərtilə)” sözləri ilə əvəz edilsin;

1.3.1.4. 3.1.4-cü yarımbənddə “sənəd” sözü “sənədlər (o cümlədən gömrük bəyannaməsi)” sözləri ilə əvəz edilsin;

1.3.1.5. 3.1.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.6–3.1.10-cu yarımbəndlər əlavə edilsin:

“3.1.6. fasiləsiz (24/7) fəaliyyət göstərən çağrı mərkəzi olmalı;

3.1.7. proqram təminatlı avadanlıqlara servis-texniki xidmətin göstərilməsi və proqram təminatının işlənib hazırlanması sahəsində 3 (üç) ildən çox təcrübəyə malik olmalı;

3.1.8. son 5 (beş) il ərzində fəaliyyəti olmalı;

3.1.9. ən azı 2000 NKA ilə təmin olunacağı barədə NKA istehsalçısı tərəfindən təqdim olunan sənədi olmalı;

3.1.10. NKA-da istifadəsi nəzərdə tutulan proqram təminatına sahiblik hüququnu və mənbə kodlarının mövcudluğunu təsdiq edən sənədlərə malik olmalı.”;

1.3.2. 3.2-ci bənd üzrə:

1.3.2.1. 3.2-ci bəndin ikinci cümləsində “aşağıdakı sənədləri əlavə edir” sözləri “müvafiq olaraq aşağıdakı sənədlər əlavə edilir” sözləri ilə əvəz edilsin;

1.3.2.2. 3.2.1-ci yarımbənddə “3.1.2-ci və 3.1.4-cü” sözləri “3.1.2-ci, 3.1.4-cü, 3.1.9-cu və 3.1.10-cu” sözləri ilə əvəz edilsin;

1.3.3. 3.3-cü bənddə “2 gün” sözləri “5 iş günü” sözləri ilə əvəz edilsin və “nümunəsinin” sözündən sonra “, NKA-nın texniki sənədlərinin əslinin (sənədlərin əsli xarici dildə olduqda onların Azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiqlənmiş surəti), NKA-ya qanunsuz müdaxilələrin qarşısını almaq üçün istifadə edəcəyi nömrələnmiş stiker, plomb və möhür nümunələrinin, eləcə də NKA-ya xidmət edən texniki heyətin imza nümunələri və istifadə etdiyi ştampların nümunələrinin” sözləri əlavə edilsin;

1.3.4. 3.4-cü bəndin birinci cümləsində “15” rəqəmləri “60” rəqəmləri ilə, üçüncü cümləsində “15” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin;

1.3.5. 3.7-ci bənd üzrə:

1.3.5.1. 3.7.5-ci yarımbəndə “bəndində” sözündən sonra “və Komissiya tərəfindən müəyyən edilmiş nəzarət-kassa aparatlarının operatorlarına dair funksional tələblər və fəaliyyətinin təşkili üzrə təlimatda” sözləri əlavə edilsin;

1.3.5.2. aşağıdakı məzmunda 3.7.6-1-ci və 3.7.6-2-ci yarımbəndlər əlavə edilsin:

“3.7.6-1. NKA-nın istehsalçıdan əldə edilməməsi, həmçinin NKA-ların ölkəyə gətirilməsini təsdiq edən sənədin olmaması və ya qanunla müəyyən edilmiş qaydada tərtib edilməməsi aşkar edildikdə;

3.7.6-2. Operator tərəfindən dövlət reyestrinə daxil edilən NKA modelləri son 2 il müddətində vergi orqanında heç bir istifadəçinin adına uçota alınmadıqda;”;

1.3.6. 3.9-cu bənddə “3.7.6-cı” sözləri “3.7.6-2-ci” sözləri ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmunda 4.8-ci bənd əlavə edilsin:

“4.8. NKA tətbiq edilməklə aparılan əməliyyatlar üzrə vergi orqanının informasiya sistemlərinə daxil edilən və vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və (və ya) vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla açıqlanmamalıdır.”;

1.5. 7-ci hissə üzrə:

1.5.1. 7.2.12-ci yarımbənddə “və eyni zamanda” sözləri vergül işarəsi ilə əvəz edilsin;

1.5.2. 7.2.23-cü yarımbənddə “10” rəqəmləri “20” rəqəmləri ilə əvəz edilsin;

1.6. aşağıdakı məzmunda 8.3.16-1-ci yarımbənd əlavə edilsin:

“8.3.16-1. təsərrüfat subyektlərində (obyektlərində) əhali ilə pul hesablaşmalarında, o cümlədən sifarişlərin idarə edilməsi, müştərilərin ödəməli olduğu yekun məbləğin hesablanmasında istifadə edilən və proqram təminatı və ya əməliyyat sistemi ilə təchiz edilmiş istənilən avadanlıq və qurğuların, o cümlədən istənilən xarakterli çap avadanlıqlarının NKA-ya tam inteqrasiya edilməsini təmin etmək;”;

1.7. 9-cu hissə üzrə:

1.7.1. 9.1.1-ci yarımbənddə “müəyyən edir” sözləri “və nəzarət-kassa aparatlarının operatorlarına dair funksional tələblər və fəaliyyətinin təşkili üzrə təlimatı müəyyən edir və onların təkmilləşdirilməsi barədə təkliflərə baxır” sözləri ilə əvəz edilsin;

1.7.2. 9.1.3-cü yarımbəndə “sertifikatlaşdırılmasını” sözündən sonra “, həmçinin müdaxilə nəticəsində NKA modellərinin bu Qaydalarla müəyyən edilmiş meyarlara və Komissiyanın müəyyən etdiyi texniki tələblərə uyğun olmadığı aşkar edildiyi hallarda onların təkrar texniki sınağını” sözləri əlavə edilsin;

1.7.3. 9.1.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“9.1.6. Operatorun və NKA-nın bu Qaydalar və Komissiya tərəfindən müəyyən edilmiş tələblərə uyğun olub-olmadıqlarının qiymətləndirilməsini həyata keçirir;”;

1.8. 10-cu hissə üzrə:

1.8.1. 10.1.7-ci yarımbəndə “sınağını” sözündən sonra “, həmçinin müdaxilə nəticəsində NKA modellərinin bu Qaydalarla müəyyən edilmiş meyarlara və Komissiyanın müəyyən etdiyi texniki tələblərə uyğun olmadığı aşkar edildiyi hallarda onların təkrar texniki sınağını” sözləri əlavə edilsin;

1.8.2. 10.1.9-cu yarımbənddə “NKA-nın” sözləri “operatorların” sözü ilə əvəz edilsin;

1.8.3. aşağıdakı məzmunda 10.1.14-1-ci və 10.1.14-2-ci yarımbəndlər əlavə edilsin:

“10.1.14-1. Komissiya tərəfindən müəyyən edilmiş nəzarət-kassa aparatlarının operatorlarına dair funksional tələblər və fəaliyyətinin təşkili üzrə təlimatın yerinə yetirilməsini yoxlayır;

10.1.14-2. Operator qismində qeydiyyatdan keçmiş hüquqi şəxsin Operator kimi fəaliyyətini dövri olaraq təhlil edir və bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır;”;

1.9. 11.2.1-ci yarımbənddə “15” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin.

2. Bu Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 3-cü hissəsində edilmiş dəyişikliklər bu Qərar qüvvəyə mindiyi tarixədək qeydiyyatdan keçmiş operatorlara şamil edilmir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 fevral 2024-cü il

№ 68

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin