Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 188 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023 cü il 11 aprel tarixli 2099 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 188 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 779; 2020, № 11, maddə 1408; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 19 iyul tarixli 233 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3.2-ci yarımbəndə “DİN-in kriminalistika xidmətinin əməkdaşı” sözlərindən sonra “(bu Qaydanın 2.3.3-cü yarımbəndində göstərilənlər istisna olmaqla)” sözləri əlavə edilsin.

2. 2.3.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.3.3-cü yarımbənd əlavə edilsin:

“2.3.3. Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) bioloji material məhkəmə, əməliyyat-axtarış fəaliyyətini, təhqiqat və ya istintaqı həyata keçirən orqanların qərarına əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra - DTX) əməkdaşı tərəfindən.”.

3. 2.4-cü bəndə “əməkdaşı” sözündən sonra “, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində aşkar edilmiş naməlum meyitlərin müayinəsi zamanı isə DTX-nin əməkdaşı” sözləri əlavə edilsin.

4. 2.9-cu bəndə “DİN Kriminalistik Tədqiqatlar İdarəsinə” sözlərindən sonra “(bu Qaydanın 2.9-1-ci bəndində göstərilənlər istisna olmaqla)” sözləri əlavə edilsin.

5. Aşağıdakı məzmunda 2.9-1-ci bənd əlavə edilsin:

“2.9-1. Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərdən müvafiq qaydada götürülmüş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün DTX-nin Hərbi-tibb baş idarəsinə göndərilir.”.

6. 2.11.3-cü yarımbənddə “və ya DİN” sözləri “, DİN və ya DTX” sözləri ilə əvəz edilsin.

7. 3.1-ci bəndə “İdarəsində” sözündən sonra “, bu Qaydanın 2.9-1-ci bəndində nəzərdə tutulmuş hallarda isə DTX-nin Hərbi-tibb baş idarəsində” sözləri əlavə edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 6 sentyabr 2023-cü il

№ 311

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin