Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda, 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”də və 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 970 (Cild I) ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın 3.4.1-ci yarımbəndinə “qurumlarda” sözündən sonra “(maliyyə bazarlarını tənzimləyən qanunlarda müəyyən edilən tələblər nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1175 (Cild I) ilə təsdiq edilmiş “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin 11.3.11-ci yarımbəndində “bütün növ bank hesablarının qalıqları” sözləri “banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1176 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 yanvar tarixli 52 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”nin 12.3.16-cı yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 12.3.17-ci yarımbənd əlavə edilsin:

“12.3.17. müştəri vəfat etdikdə onun hesabları və əmanətləri, habelə bank saxlancında olan əmlakı barədə məlumatlar (icraatında olan vərəsəlik işləri üzrə – notariuslara, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə münasibətdə).”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 28 fevral 2024-cü il

№ 109

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin