Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 sentyabr tarixli 345 nömrəli Qərarı ilə təsdiq edilmiş “Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 sentyabr tarixli 345 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1079) ilə təsdiq edilmiş “Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası”nın 2.3.3-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.3.4-cü yarımbənd əlavə edilsin:

“2.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in 15-ci hissəsi ilə müəyyən edilmiş təsdiqedici sənədlər (əlavə şərtlər olduğu halda).”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 7 sentyabr 2023-cü il

№ 316

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin