Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nda, 2023-cü il 3 noyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”nda və 2023-cü il 21 noyabr tarixli 422 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiya”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1562 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 fevral tarixli 99 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.1-ci (hər iki halda) və 1.1.2-ci (hər iki halda) yarımbəndlərdə, 1.9-cu bənddə, 2-ci hissənin adında (hər iki halda), 2.1-ci (hər iki halda) və 2.21-ci bəndlərdə (hər iki halda), 3-cü hissənin adında (hər iki halda), 3.1-ci bənddə (hər iki halda) “150” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

1.2. 1.3-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəllə-sinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır.”;

1.3. həmin Qaydaya 1 nömrəli əlavə - “Məişət abonentlərinin və tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulma müqaviləsi”nin adında (hər iki halda) və həmin 1 nömrəli əlavənin əlavəsində (hər iki halda) “150” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

1.4. həmin Qaydaya 2 nömrəli əlavə - “Məişət abonentlərinin və tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulma aktı”nın adında (hər iki halda) “150” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

1.5. həmin Qaydaya 3 nömrəli əlavə - “Tələb olunan gücü 150 kVt-a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 150 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin, elektrik enerjisi paylayıcılarının tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması müqaviləsi”nin adında (hər iki halda) və həmin 3 nömrəli əlavənin əlavəsində (hər iki halda) “150” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

1.6. həmin Qaydaya 4 nömrəli əlavə - “Tələb olunan gücü 150 kVt-a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 150 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin, elektrik enerjisi paylayıcılarının tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma aktı”nın adında (hər iki halda) “150” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 400 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1563 (Cild I) ilə təsdiq edilmiş “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”nın 1.3.2-ci (hər iki halda), 1.5.1-ci (hər iki halda) və 1.5.2-ci (hər iki halda) yarımbəndlərində, 4-cü hissəsinin adında (hər iki halda), 4.1-ci (hər iki halda), 4.2-ci (hər iki halda), 4.3-cü (hər iki halda), 4.4-cü (hər iki halda), 4.5-ci (hər iki halda) və 4.6-cı (hər iki halda) bəndlərində “150” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 noyabr tarixli 422 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1585 (Cild I) ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiya”nın 2-ci hissəsinin adında (hər iki halda), 2.1-ci bəndində (hər iki halda) və 3-cü hissəsinin adında (hər iki halda), 3.1-ci bəndində (hər iki halda) “150” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 14 mart 2024-cü il

№ 156

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin