Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” 2006-cı il 15 sentyabr tarixli 211 nömrəli, “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli, “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2012-ci il 30 dekabr tarixli 330 nömrəli, “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 5 noyabr tarixli 320 nömrəli, “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2014-cü il 30 may tarixli 171 nömrəli və “Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 27 dekabr tarixli 526 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan folkloru nümunə-lərinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçu-larının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 812-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 15 sentyabr tarixli 211 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 825; 2010, № 10, maddə 909) ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Giriş” hissəsinin on birinci abzasında “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin;

1.2. “Ana və uşaqların qorunması üzrə Tədbirlər Proqramının həyata keçirilməsi planı”nın 20-ci sətrinin “Tədbirlərin adı” sütununda “verilişlərin” sözü “proqramların” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1000; 2017, № 4, maddə 613, № 12 (II kitab), maddə 2515; 2018, № 5, maddə 1148, № 11, maddə 2430; 2019, № 8, maddə 1472; 2020, № 8, maddə 1121, № 11, maddə 1410; 2022, № 4, maddə 404, № 9, maddə 1099, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 6.17-ci bəndinin ikinci cümləsində “kütləvi informasiya vasitələrinin” sözləri “media” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 330 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1392; 2022, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 7.1-ci bənddə “kütləvi informasiya vasitələrində, ərazi üzrə yerli kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

3.2. 7.5-ci bənddə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1457; 2015, № 12, maddə 1584; 2016, № 11, maddə 1976; 2019, № 3, maddə 514, № 7, maddə 1318; 2020, № 11, maddə 1410; 2021, № 3, maddə 273, № 10, maddə 1163; 2022, № 7, maddə 819, № 9, maddə 1100, № 12, maddə 1552) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın 3.1.8-ci yarımbəndində “kütləvi informasiya vasitələri” sözləri “media məhsulları” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 595, № 12, maddə 1654; 2017, № 4, maddə 615) ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.8-ci, 2.18-ci, 2.19-cu, 2.21-ci və 2.22-ci bəndlərində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 dekabr tarixli 526 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2242; 2019, № 11, maddə 1861) ilə təsdiq edilmiş “Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası”nın 4.3.6-cı yarımbəndində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 sentyabr 2023-cü il

№ 323

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin