Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli, “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın və “Ovçuluq təsərrüfatları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2005-ci il 27 yanvar tarixli 10 nömrəli və “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Mühasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 815-VIQD nömrəli Qanu-nunun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 759, № 12, maddə 1079; 2005, № 6, maddə 535; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 132; 2015, № 4, maddə 472; 2017, № 9, maddə 1761; 2022, № 4, maddə 408; 2023, № 2, maddə 314) ilə təsdiq edilmiş “Ovçular cəmiyyətlərinin ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində iştirak etməsi Qaydası”nın II hissəsinin on birinci abzasında “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 54, № 6, maddə 535; 2008, № 2, maddə 132; 2014, № 11, maddə 1511; 2017, № 9, maddə 1761) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın 2.2-ci bəndində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 56; 2008, № 1, maddə 39; 2014, № 6, maddə 747, № 9, maddə 1124; 2016, № 1, maddə 173; 2017, № 3, maddə 480; 2019, № 1, maddə 158, № 5, maddə 957, № 9, maddə 1536; 2022, № 4, maddə 391) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş “Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə xidmətlər göstərən Mərkəzin (sertifikat xidmətləri mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi Qaydaları”nın 4.3-cü bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qayda-ları”nın 3.14-cü bəndində “KİV-də” sözləri “mediada” sözü ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 15 sentyabr 2023-cü il

№ 331

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin